Müəllif: Əllamə Seyyid Məhəmməd hüseyn Təbatəbai



Yüklə 2,41 Mb.
səhifə33/99
tarix03.01.2022
ölçüsü2,41 Mb.
#49010
1   ...   29   30   31   32   33   34   35   36   ...   99

SƏHABƏLƏRİN HƏDİSLƏRİ


Səhabələrdən nəql olunan hədislərə gəldikdə isə, onlar Peyğəmbərin (s) söz və əməlini ehtiva etmişsə, eləcə də Əhli-beytdən (ə) nəql olunan hədislərlə müxalif deyilsə qəbul oluna bilər. Amma bu hədislər səhabələrin öz şəxsi rə`y və nəzərlərindən ibarətdirsə, heç vaxt höccət ola bilməz. Səhabələr bu məsələdə sair müsəlmanlar kimidirlər; onların özləri də başqa səhabələrlə adi bir müsəlman kimi rəftar edirdilər.

KİTAB VƏ SÜNNƏ BARƏSİNDƏ DİGƏR BİR BƏHS


Allahın kitabı (Qur`an) islami təfəkkürün əsas mənbəyidir, sair dini mənbələrə e`tibar və höcciyyət verən də məhz odur. Buna görə də o, hamı üçün dərk olunası bir səviyyədə olmalıdır.

Bundan əlavə, Qur`ani-Kərim özü özünü “hər bir şeyin nuru və aydınlaşdırıcısı” kimi təqdim edir. Mübariz istəyərkən camaatdan onun ayələri barəsində təfəkkür etməsini və nəticədə onda heç bir növ ixtilaf və təzad olmadığını müşahidə etmələrini istəyir. Qur`an buyurur ki, bacarırlarsa onun kimi bir kitab yazıb Qur`anla qarşılaşdırsınlar. Aydındır ki, Qur`anın hamı tərəfindən dərk olunması mümkün olmasaydı heç vaxt onlara belə xitab etməzdi.

Əlbəttə, belə təsəvvür etmək olmaz ki, bu mətləb (Qur`anın hamı tərəfindən dərk olunmasının mümkünlüyü) əvvəldə qeyd olunan mətləblə (Peyğəmbəri-Əkrəm (s) və onun Əhli-beytinin Qur`ani-kərimin məzmunlarından ibarət olan islami maarifdə elmi müraciət yeri olmaları ilə) təzadlı deyildir. Çünki Qur`an, şəriət qanunları və hökmlərindən ibarət olan islam maarifinin bir qisminin külliyyatını ehtiva edir, onların müfəssəl şəkildə bəyan olunması sünnəyə (Əhli-beyt hədislərinə) müraciət edilməklə mümkün ola bilər.

Əxlaqi və e`tiqadi maarifdən ibarət olan digər bir bölmə isə, məzmun və izahlarının hamı tərəfindən dərk olunmasına baxmayaraq, onların həqiqi mə`nalarını dərk etmək üçün adi qayda-qanunlardan, gündəlik ünsiyyətdə olduğumuz fərdi-ictimai nəzəriyyələrimizdən istifadə etməliyik; əksinə, Əhli-beytin (ə) getdiyi yolla getmək və hər bir Qur`an ayəsini sair bir Qur`an ayəsi ilə izah və təfsir etmək lazımdır.

Əmirəl-mö`minin Əli ibni Əbitalib (ə) buyurur: “Qur`anın bə`zi ayələri digər ayələri ilə danışaraq öz mə`nasını anladır, onların bə`zisi digərlərinə şahidlik edir.”1

Peyğəmbəri-Əkrəm (s) buyurur: “Qur`anın bir hissəsi digər bir hissəsini təsdiq edir.”2

Başqa bir hədisdə buyurulur: “Hər kəs Qur`anı öz şəxsi rə`yi ilə təfsir etsə, özü üçün cəhənnəmdə bir yer hazırlayar.”3

Qur`anın bə`zi ayələrinin başqa ayələr tərəfindən təfsir olunmasına sadə misallar vururuq: Allah-taala Lut qövmünə əzab verilməsi ilə əlaqədar bir yerdə buyurur:

“Onlar üçün çox bir pis yağış yağdırdıq.”1

Başqa bir yerdə isə bu kəlməni başqa bir kəlmə ilə dəyişərək buyurur: “Onlar üçün daş yağdırdıq.”2

İkinci ayəni birinci ayəyə əlavə etməklə, pis yağış dedikdə məqsədin asimani daşlardan ibarət olması mə`lum olur. Tədqiqatçı nəzəri ilə Əhli-beytin (ə) hədislərində, səhabə və tabeindən olan müfəssirlərin rəvayətlərində araşdırma aparsaq, Qur`anın Qur`anla təfsir olunmasının yalnız Əhli-beytə (ə) məxsus olan bir üslub olduğunu başa düşərik.


Yüklə 2,41 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin