Heç bir vasitə olmadan, şəxsən Peyğəmbərin (s) mübarək dilindən, yaxud Əhli-beyt (ə) imamlarından eşidilən hədislər Qur`ani-Kərimin ayələri hökmündədir. Lakin şiələrin nəzərində müəyyən vasitələrlə gəlib çatan hədislərə əməl edilməsi aşağıdakı şəkildədir:
Qur`anın aşkar buyuruqlarına əsasən, elm və yəqinlik lazım olduğu e`tiqadi məsələlərdə mütəvatir, yaxud səhih sənədlərlə isbat olunan hədislərə əməl olunur və bu iki qisimdən başqa, “vahid xəbər” adlanan hədisin e`tibarı yoxdur; lakin şəriət hökmlərinin istixrac və istinbatında gətirilən dəlillərə nəzər yetirməklə qəti və mütəvatir xəbərdən əlavə, adətən mö`təbər sayılan vahid xəbərə də əməl olunur.
Deməli, şiələrin nəzərində mütəvatir və qəti xəbər mütləq şəkildə höccət sayılır və ona əməl etmək vacibdir. Qəti olmayan xəbər isə (vahid xəbər) şərti e`timad olunanlardan olsa, yalnız şər`i hökmlərdə höccət sayılır.
Dostları ilə paylaş: |