Müəllif: Əllamə Seyyid Məhəmməd hüseyn Təbatəbai



Yüklə 2,41 Mb.
səhifə39/99
tarix03.01.2022
ölçüsü2,41 Mb.
#49010
1   ...   35   36   37   38   39   40   41   42   ...   99

ŞİƏLİK VƏ NƏQLİ ELMLƏR


İslam alimlərinin ağır zəhmətləri nəticəsində formalaşaraq bu günə qədər qorunub saxlanmış islami elmlər əqli və nəqli (humanitar və dəqiq) olaraq iki hissəyə bölünürlər. Nəqli elmlər o elmlərdir ki, onların mövzu və məsələləri nitq, danışıq və nəqlə əsaslanır; məsələn lüğət, hədis, tarix və s. Əqli elmlər isə fəlsəfə və riyaziyyat kimi dəqiq elmlərə deyilir.

Şübhəsiz, islamda nəqli elmlərin yaranmasının əsas amili Qur`ani-Kərimdir; tarix, ənsab və əruz elmi kimi bir neçə fənn istisna olmaqla, yerdə qalan elmlərin hamısı ümumiyyətlə bu asimani kitabdan qaynaqlanır.

Müsəlmanlar dini tədqiqat və araşdırmaların vacib olması göstərişinə əsaslanaraq bu elmləri yaradaraq inkişaf etdirmişlər. Onların ən ümdəsi ərəb ədəbiyyatı, nəhv, sərf, məani, bəyan, bədi` və lüğətdən ibarətdir. Dini zahirlərlə əlaqədar olan fənlərdən isə qiraət, təfsir, hədis, rical, dirayə, üsul və fiqh kimi elmləri misal göstərmək olar.

Şiələr də öz növbəsində bu elmlərin tə`sis olunub genişləndirilməsində çox böyük rol oynamışlar; hətta onların bir çoxunun bani və ixtiraçısı da məhz şiələrdir. Belə ki, ərəb dili qrammatikasının əsas bölmələrindən biri olan nəhv elmi (sintaksis) Peyğəmbəri-Əkrəmin (s) və Əli (ə)-ın səhabələrindən olan Əbul Əsvəd Duəli tərəfindən yaradılmışdır; o ilk dəfə olaraq, Əli (ə)-ın göstərişi ilə nəhv elminin əsas qaydalarını hazırlayaraq kitab şəklinə salmışdır. Fəsahət və bəlağət (məani, bəyan və lüğət) elminin banilərindən biri olan Sahib ibni Ubbad da şiə olmuşdur; o, Ali-bəveyh sülaləsindən və dövri hakimin vəzirlərindən biri idi.1

İlk lüğət kitabı olan “Kitabul-eyn”i məşhur şiə alimi Xəlil ibni Əhməd Bəsri yazmışdır.2 O, əruz elmini ixtira etmiş və nəhv elmində ustad Sibəveyhin müəllimi olmuşdur.

Asimin qiraəti bir vasitə ilə Əli (ə)-a çatır. Təfsir elmi ilə ilk dəfə məşğul olan səhabə də Əbdullah ibni Abbas olmuşdur ki, o da Əli (ə)-ın şagirdi sayılır. Əhli-beyt (ə) və onların şiələrinin hədis və fiqhdə göstərdikləri sə`ylər, dörd əhli-sünnət imamlarının və ondan başqalarının beşinci və altıncı imamın şagirdləri olmaları tarixdə məşhurdur. Vəhid Behbəhaninin dövründə (H.Q.1205) üsuli-fiqh elmində qəribə bir irəliləyiş baş verdi; xüsusilə Şeyx Mürtəza Ənsarinin vasitəsilə (H.Q.1281) başlanan inkişaf prosesi şiə fiqhini təsəvvürolunmaz mərhələyə çatdırdı; hal-hazırda əhli-sünnət fiqhi onunla müqayisə olunası deyildir.



Yüklə 2,41 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin