ƏQL VƏ QANUN
Düzgün diqqət yetirdikdə aydın olur ki, insanlar daim arzuladıqları və onların səadətini tə`min edə biləcək qanunların lüzumunu Allah verən fitrətlə həm təklikdə, həm də hamılıqla dərk edirlər. Elə bir qanun ki, bəşəriyyət aləmini məhz “bəşər aləmi” olduğuna görə ayrı-seçkilik olmadan xoşbəxtliyə çatdıraraq onların arasında ümumi kamalı bərqərar etsin. Aydındır ki, indiyə qədər bəşər həyatının müxtəlif dövrlərində əql tərəfindən tənzim olunan belə bir qanun görünməmişdir. Əgər belə bir qanun təkvin əsasında onun öz öhdəsinə qoyulmuş olsaydı, əlbəttə bu uzun dövr ərzində bəşəriyyət üçün dərk olunar, ağıl və düşüncə qüvvəsinə malik olan bütün insanlar onun cəmiyyətdə nə qədər lazım və zəruri olmasını dərk etdikləri kimi, onun məfhumunu da müfəssəl şəkildə dərk edərdilər.
Başqa sözlə desək, əgər bəşər cəmiyyətinin əbədi xoşbəxtlik və səadətinə tə`minat verən, bəşəriyyətin yaradılış yolunda ona doğru hidayət olunası müştərək və kamil qanun təkvin e`tibarı ilə insanların öz öhdəsinə qoyulsaydı, hər bir insan öz həyatındakı fayda və qazancını, eləcə də sair zəruri olan şeyləri dərk etdiyi kimi öz əqli ilə o qanunu da dərk edərdi. Lakin indiyə qədər belə bir qanun görünməmişdir; öz-özünə yaranan, yaxud indiyə qədər cəmiyyətlərdə olub-keçən millətlər, şəxslər, sahibkarlar, yaxud bir şəxs tərəfindən icad olunan belə qanunlar şübhəsiz ki, bə`ziləri üçün qəbul olunmuş, bə`ziləri üçün isə müəmmalı qalmışdır; bə`ziləri ondan xəbərdardır, bə`ziləri isə ondan tamamilə xəbərsizdirlər və bəşəri quruluş baxımından bir-biri ilə bağlı olan, Allah verən əqldən bəhrələnən camaatın hamısı bu bölmədə heç vaxt müştərək idraka malik olmamışlar.
Dostları ilə paylaş: |