VƏHY ADLI SİRLİ BİR ŞÜUR
Yuxarıda qeyd olunanlardan aydın olur ki, bəşəriyyətin əbədi xoşbəxtliyini tə`min edən qanunu əql dərk edə bilmir və ümumi hidayət nəzəriyyəsinin tələbinə əsasən, belə bir idrakın varlığı insanlar üçün zəruri olduğundan onlar arasında hökmən başqa bir idrak vasitəsi mövcud olmalıdır ki, həyatın həqiqi vəzifələrini onlara anladaraq hamının ixtiyarında qoysun. Əql və hiss yönündən tamamilə başqa yönə malik olan bu idrak və şüur “vəhy şüuru” adlandırılır. Əlbəttə, bəşəriyyətdə belə bir qüvvənin yaranması onun bütün insanlarda mövcud olmasını tələb etmir. Belə ki, cinsiyyət qüvvəsi insanda yaradılmışdır, lakin izdivac ləzzətini dərk etmək və ona hazırlaşmaq üçün olan dərk yalnız o şəxslərdə mövcud olur ki, həddi-büluğ çağlarına çatmış olsunlar. Həddi-büluğa çatmayan şəxslərdə izdivac ləzzətini dərk etmək sirli bir şüur olduğu kimi, zühur etməmiş şəxslərdə olan vəhy şüuru da bir növ sirli şüurdur.
Allah-taala Öz kəlamında Özünün şəriət vəhyi barəsində, eləcə də əqlin bu barədə yetərli olmadığına işarə edərək buyurur:
“Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik... O peyğəmbərlər bəşəriyyətə (ilahi ne`mətləri) müjdə verən və onları ilahi əzabdan qorxudanlar idi. Ona görə göndərilmişdilər ki, bu işdən sonra camaatın Allah qarşısında heç bir bəhanəsi (höccəti) olmasın.1“ (Aydındır ki, əgər əql Allahın höccəti tamamlamasında kafi olsaydı, artıq höccətin tamamlanması üçün peyğəmbərin göndərilməsinə ehtiyac olmazdı.)
Dostları ilə paylaş: |