Müəllif: Əllamə Seyyid Məhəmməd hüseyn Təbatəbai


İLAHİ PEYĞƏMBƏRLƏRİN SAYI



Yüklə 2,41 Mb.
səhifə66/99
tarix03.01.2022
ölçüsü2,41 Mb.
#49010
1   ...   62   63   64   65   66   67   68   69   ...   99

İLAHİ PEYĞƏMBƏRLƏRİN SAYI


Nəql edildiyinə görə, tarixdə çoxlu peyğəmbərlər gəlmişdir. Qur`an da onların çox olduğunu buyurmuş, bə`zilərinin əlamət və adlarını da qeyd etmişdir; lakin onların sayının dəqiq şəkildə nə qədər olduğunu bəyan etməmişdir.

Peyğəmbərdən (s) qəti sənədlərə nəql olunan sair hədislərdə onların sayı mə`lum olmamış, yalnız məşhur səhabə Əbuzər Ğifarinin Peyğəmbərdən nəql etdiyi hədisdə onların 124 min olduğu qeyd edilmişdir.


ULUL-ƏZM VƏ ŞƏRİƏT SAHİBİ OLAN PEYĞƏMBƏRLƏR


Qur`an ayələrindən mə`lum olur ki, ilahi peyğəmbərlərin hamısı yeni şəriət gətirməmişlər; onlardan yalnız beş nəfəri - həzrət Nuh (ə), İbrahim (ə), Musa (ə), İsa (ə) və Məhəmməd (s) ulul-əzm və şəriət sahibidir, sair peyğəmbərlər isə ulul-əzm peyğəmbərlərə tabe olmuşlar. Allah-taala Öz kəlamında belə buyurur:

Allah Nuha tövsiyə etdiyini, eləcə də sənin özünə vəhy etdiyimizi, İbrahim, Musa və İsaya tövsiyə edilənləri sizin üçün şəriət qanunları tə`yin etdi.”1

Digər bir ayədə isə buyurulur:

Peyğəmbərlərdən əhd-peyman aldığımız, səndən, İbrahimdən, Musa və İsadan əhd-peyman aldığımız zaman... Onlardan möhkəm əhdi-peyman aldıq.”



Yüklə 2,41 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin