PEYĞƏMBƏRİ-ƏKRƏM (S) VƏ QUR`ANİ-KƏRİM
Sair peyğəmbərlərin dövründə olduğu kimi, həzrət Məhəmmədin (s) dövründə də xalq ondan mö`cüzə istəyirdilər. O həzrət də mö`cüzənin (əvvəlki) peyğəmbərlərdə olmasını tə`kid edirdi. Qur`ani-Kərim bu mətləbi açıq-aşkar şəkildə bəyan etmişdir.
O həzrətin barəsində çoxlu mö`cüzələr qeyd olunmuşdur ki, onların bə`ziləri qəti və e`timad olunasıdır; lakin o həzrətin hazırkı vaxta qədər qalan əbədi mö`cüzəsi onun asimani kitabı olan Qur`ani-Kərimdir. Qur`ani-Kərim asimani bir kitabdır və onun altı mindən artıq ayəsi vardır. O, 114 böyük və kiçik surədən təşkil olunub. Qur`ani-Kərimin ayələri Peyğəmbərin (s) 23 ildən ibarət olan be`sət və təbliği dövründə tədrici olaraq nazil olmuşdur. Bir ayədən tutmuş tam bir surəyə qədər hamısı o həzrətin müxtəlif hallarında - gecə və gündüz, səfərdə və qeyri-səfərdə, müharibə və sülh şəraitində, ağır günlərdə və asudə vaxtlarında ona vəhy olunmuşdur.
Qur`ani-Kərim bir çox ayələrdə öz aşkar bəyanı ilə özünü mö`cüzə kimi təqdim edir və tarixin verdiyi şəhadətə əsasən, dövri fəsahət və bəlağətin ən yüksək mərhələsində olan ərəbləri, eləcə də gözəl və səlis danışıqla söz ustadlığının önündə gedən alim və xətibləri mübarizəyə də`vət edərək buyururdu: Əgər Qur`ani-Kərimin bəşər sözü olduğunu, yaxud Peyğəmbərin onu kimdənsə öyrəndiyini güman edirsinizsə onun oxşarını1, yaxud on surə2, yaxud heç olmasa Qur`an surəsi kimi bir surə gətirin3 və bu yolda mümkün olan hər bir vasitədən istifadə edin. Ərəblərin məşhur söz ustadlarından Qur`anla mübariztələblik qarşısında eşidilən söz “Qur`an sehrdir və onun oxşarını gətirmək bizim qüdrətimizdən kənardır” olmuşdur.4
Qur`ani-Kərim təkcə fəsahət və bəlağət yolu ilə mübarizə etmirdi, bə`zən mə`na baxımından da mübarizə tələbini irəli sürür, cinlərin və insanların hamısının fikri qüvvəsi ilə mübarizə tələb edirdi. Çünki bəşər həyatının bütün proqramlarını əhatə edən bir kitab barəsində diqqətlə araşdırma aparsaq, aydın olar ki, o, insaniyyətin saysız-hesabsız e`tiqad, əxlaq və əməllərini geniş bir səviyyədə əhatə etmiş, onun bütün incəliklərinə və mətləblərinə nəzər yetirmişdir; bunları haqq qərar vermiş, haqq din adlandırmışdır. (İslam dinindəki mövcud olan qayda-qanunların mənşəyi xalqın əksəriyyətinin istəyi və meylləri, yaxud zorakı bir şəxsin ürəyinin istəyi deyil, həqiqi islahat və haqdan ibarətdir).
Bu geniş proqramların əsasını yeganə Allaha imandan ibarət olan haqq kəlməsi kimi yenilməz bir kəlmə təşkil edir və bütün prinsip və maariflər tövhiddən nəticə kimi alınır; daha sonra insani əxlaqın ən bəyənilən maarif prinsiplərindən nəticə kimi alınaraq proqramlarının tərkib hissəsi qərar verilir.
Daha sonra sonsuz insani əməllər, eləcə də bəşərin ictimai və fərdi əməlləri cüz`i və külli şəkildə araşdırılmış, onların yeganəpərəstlikdən qaynaqlanan vəzifələri tənzim edilmişdir.
İslam dinində üsulidin və füruidin arasında qarşılıqlı əlaqə elə bir şəkildədir ki, hər hansı bir bölmədə olan əməli hökm diqqətlə araşdırılsa yeganə tövhid kəlməsinə qayıdır və tövhid kəlməsi də qayda-qanun və hökmlərlə birgə yoğrulmuş halda olur.
Əlbəttə, yekun tənzimdən əlavə, belə bir geniş miqyaslı ayin, özünün bu qədər vəhdət və sıx əlaqəsi ilə, hətta onun ibtidai siyahısının tənzim olunması belə, nəinki qısa müddət ərzində minlərlə çətinlik və giriftarçılıq arasında çalışan, öz canını, malını daxili və xarici düşmənlərin törətdikləri maniələr və qanlı müharibələr yolunda qoyan bir insanın, hətta dünya hüquqşünaslarından olan adi bir şəxsin qüvvəsindən belə, xaricdədir.
Bunu da nəzərə almalıyıq ki, Peyğəmbəri-Əkrəm (s) heç bir müəllim görməmişdi, yazıb-oxumağı öyrənməmişdi və öz də`və-tindən əvvəl həyatının üçdə ikisini1 heç bir mədəniyyət görməyən, ot-ələfi, münasib iqlim şəraiti olmayan, ən ağır şəraitdə iqtisadi şəraitdə yaşayan və hər gün istismarçı dövlətlərdən birinin işğalı altında olan bir qövm arasında keçirmişdi.
Bunlardan əlavə, Qur`ani-Kərim başqa bir yolla da öz müxaliflərini mübarizəyə çağırır; o da bundan ibarətdir ki, bu kitab bir-biri ilə fərqlənən tam müxtəlif şəraitlərdən, o cümlədən çətinlik-asudəçilik, müharibə-sülh, qüdrət-zəiflik və s. şəraitlərdən ibarət olan 23 il ərzində tədricən nazil olmuşdur. Əgər Allah tərəfindən nazil olan deyil, bəşərin düzəltdiyi bir kitab olsaydı, onda tədrici təkamülün tələb etdiyinə görə çoxlu təzad və ziddiyyətlər yaranar, axırı əvvəlindən daha möhkəm və mütərəqqi olardı. Halbuki, bu kitabın Məkki ayələri Mədəni ayələri ilə eyni səviyyədədir; axırı əvvəlindən fərqlənmir, elə bir kitabdır ki, onun cüz`ləri və hissələri bir birinə oxşayır, onun heyrətə salan bəyan qüdrəti də hər yerində eyni bir səviyyədədir.1
Dostları ilə paylaş: |