Müəllif: Əllamə Seyyid Məhəmməd hüseyn Təbatəbai



Yüklə 2,41 Mb.
səhifə71/99
tarix03.01.2022
ölçüsü2,41 Mb.
#49010
1   ...   67   68   69   70   71   72   73   74   ...   99

İSLAM NƏZƏRİNDƏN ÖLÜM


Səthi bir baxışla ölüm insanın məhv olduğunu xatırladır və həyatın yalnız doğulduğu vaxtla öldüyü vaxt arasında yerləşən qısa bir zaman məhdudəsini əhatə etdiyini çatdırır. İslam isə ölümü insanın həyatın bir mərhələsindən digər bir mərhələsinə nəql olunması kimi təfsir edir. İslam nəzərində insanın əbədi bir həyatı vardır ki, onun üçün heç bir son təsəvvür olunmur, ruhun bədəndən ayrılmasından ibarət olan ölüm onu həyatın digər bir mərhələsinə daxil edir ki, orada xoşbəxt və ya bədbəxt olması ölümdən qabaqkı həyat mərhələsində yaxşı və ya pis əməl sahibi olmasından asılıdır.

Peyğəmbəri-Əkrəm (s) buyurur: “Ölməklə məhv olduğunuzu heç vaxt güman etməyin, əksinə bir evdən başqa bir evə nəql olunursunuz.”1


BƏRZƏX


Qur`an və sünnədən mə`lum olur ki, insan ölüm ilə ümumi Qiyamət arasında məhdud və müvəqqəti bir həyata da malikdir; bu, dünya həyatı ilə axirət həyatı arasında vasitə və bərzəx hesab olunur. İnsan öldükdən sonra malik olduğu e`tiqadlar, bu dünyada gördüyü yaxşı və ya pis əməllər xüsusi şəkildə araşdırılır, qısa şəkildə mühasibə aparıldıqdan sonra alınan nəticəyə əsasən şirin və yaxud acı bir həyata məhkum edilir; bu həyat da ümumi Qiyamət gününə qədər davam edir. İnsanın bərzəx aləmindəki həyatı eynilə müəyyən əməllərin araşdırılması üçün məhkəmə orqanına çağırılan, istintaq aparılıb müəyyən suallar soruşulan və sənədləri tənzim olunan şəxslərin vəziyyətinə oxşayır. Bundan sonra o, məhkəmənin vaxtı gəlib çatana qədər müvəqqəti olaraq zindanda saxlanılır. İnsanın bərzəxdəki ruhu dünyada yaşadığı surətdə olur; yaxşı əməl sahibləri xoşbəxtlik və ne`mət içərisində Allah dərgahına yaxın olan pak insanların qonşuluğunda ilahi ne`mətlərdən bəhrələnir, pis əməl sahibləri isə bədbəxtliyə, əzaba düçar olur, şeytanlar və zəlalət başçıları ilə yoldaş olur. Allah-taala xoşbəxtlik və səadət əhlinin vəziyyətini belə bəyan edir:

“Allah yolunda öldürülən şəxslərin əsla ölü olduğunu güman etmə! Onlar öz Rəbblərinin yanında (qürb məqamında) ruzilərdən bəhrələnirlər, Allahın Öz fəzl və mərhəməti ilə onlara verdiyi şeylər səbəbi ilə şadlıq və sevinc içərisindədir, onların ardınca gələn və hələ onlara qovuşmayan mö`minlərə müjdə verib deyirlər ki, onlar üçün heç bir qəm-qüssə və qorxu yoxdur. Həm də onlara Allahın (vəsfə sığmayan) fəzl və mərhəmətini müjdələyib deyirlər ki, Allah mö`minlərin əcr və savabını heç vaxt zay etmir.”1

Dünya həyatında mal-dövlətlərindən və sərvətlərindən qanuni yolla istifadə etməyən başqa qrupu isə belə vəsf edir:

“Nəhayət, onlardan birinin ölümü çatar və deyər: Pərvərdigara! Məni (dünyaya) qaytarın, bəlkə zay etdiyim ömrüm müqabilində yaxşı bir iş görəm. Xeyr, əsla! Bu onun dediyi bir sözdür (onun sözlərinə əhəmiyyət verilməz), onların qarşısında Qiyamət gününə qədər davam edən bərzəx vardır.”2



Yüklə 2,41 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin