Müəllif: Əllamə Seyyid Məhəmməd hüseyn Təbatəbai


XİLAFƏTİN ƏLİ (Ə)-A ÇATMASI VƏ ONUN SEÇDİYİ YOL



Yüklə 2,41 Mb.
səhifə12/99
tarix03.01.2022
ölçüsü2,41 Mb.
#49010
1   ...   8   9   10   11   12   13   14   15   ...   99

XİLAFƏTİN ƏLİ (Ə)-A ÇATMASI VƏ ONUN SEÇDİYİ YOL


Əli (ə)-ın xilafəti hicri tarixi ilə 35-ci ilin axırlarında başlandı və təqribən 4 il beş ay davam etdi. Əli (ə) öz xilafəti dövründə Peyğəmbərin (s) siyrəsinə (üslub və davranışına) əməl edirdi.1

Əvvəlki üç xəlifənin dövründə şəriətdə baş verən dəyişikliklərin əksəriyyəti islah olunaraq əvvəlki hala qaytarıldı və ümmətin idarə olunmasını öhdəsinə alan nalayiq valilər işdən kənarlaşdırıldı.2 Həqiqətdə bunlar inqilabi bir hərəkat idi və təbiidir ki, bu prosesdə bir çox çətinliklər qarşıya çıxmalı idi.

Əli (ə) xilafətə çatdığı ilk gündə camaata belə söyləyir: “Agah olun! Peyğəmbəri-Əkrəmin (s) be`səti dövründə qarşılaşdığınız çətinliklər bu gün yenidən sizə tərəf qaytarılmış və yaxanızdan tutmuşdur. Hər şey dəyişdirilməlidir; geriyə çəkilmiş fəzilətli səhabələr üzə çıxmalı, nalayiq və yaramaz işlərə adət edənlər geri çəkilməlidir. (Haqq və batil; onların hər birinin sahibi vardır və hamı haqqa tabe olmalıdır). Batilin əksəriyyətə çevrilməsi təzə bir şey deyildir. Haqqın azlıqda olmasına gəldikdə isə, azlar da bə`zən irəliləyir və onların da irəliləmək ümidi vardır. Əlbəttə, çox az hallarda insana arxa çevirən məsələ, yenidən ona üz gətirir.”1

Əli (ə) başladığı inqilabi prosesi və islahat işlərini davam etdirirdi. Amma hər bir inqilabi hərəkatın təbiətinə uyğun olaraq, mənafeləri təhlükəyə düşən müxalif ünsürlər hər tərəfdən müxalifətçiliyə başlayıb “üçüncü xəlifənin intiqamını almaq” bəhanəsi ilə daxildə qanlı müharibələr törətdilər. Bu mübarizə və müharibələr təqribən Əli (ə)-ın xilafətinin əvvəlindən axırına qədər davam etdi. Şiələrin nəzərində bu daxili çarpışmaların əsil səbəbi şəxsi mənafelər və əldən getmiş mövqelərin yenidən qaytarılması marağı olub; üçüncü xəlifənin intiqamının alınması xalqı aldatmaqdan başqa bir şey deyildi, hətta bu barədə azacıq da olsa anlaşılmazlıq və şübhə yox idi.2

“Cəməl” müharibəsi adlanan birinci qiyamın əsas amili ikinci xəlifənin dövründə beytül-malın müsəlmanlar arasında bölüşdürülməsi zamanı yaranan sinfi ixtilaflar idi. Əli (ə) xilafətə seçildikdən sonra beytül-malı camaatın arasında bərabər şəkildə böldü; Peyğəmbərin (s) üslubu da məhz bu idi. Əli (ə)-ın bu rəftarı Təlhə və Zübeyri çox qəzəbləndirdi. Onlar Əli (ə)-a qarşı çıxaraq, öz ətraflarında qüvvə toplamaq qərarına gəldilər. Kə`bəni ziyarət etmək adı ilə Mədinədən Məkkəyə gedib o zaman orada olan Ümmül-mö`minin Ayişə ilə görüşdülər. (O, Əli (ə)-a qarşı yaxşı münasibət bəsləmirdi.) Onlar ümumi razılığa gəlib üçüncü xəlifənin intiqamını almaq (!) adı ilə qanlı “Cəməl” müharibəsini törətdilər.1 Halbuki, Təlhə və Zübeyr üçüncü xəlifənin evi mühasirəyə alınıb qətlə yetirilən zaman Mədinədə olduqları halda onu müdafiə etməmişdilər;2 hələ üstəlik bu hadisədən sonra Əli (ə)-a bey`ət edən ilk şəxslər idi.3 Hətta Ayişənin özü də camaatı üçüncü xəlifənin qətlə yetirilməsinə təhrik edənlərdən biri idi.4 O, xəlifənin qətlə yetirilməsi xəbərini eşidəndə sevincini gizlədə bilmədi və ölənin ardınca söyüş söyüb təhqiramiz sözlər işlətdi.

Xəlifənin qətlə yetirilməsinin əsas səbəbkarları ümumiyyətlə səhabələr özləri idi. Belə ki, onlar Mədinədən ətraf yerlərə məktublar yazaraq camaatı xəlifənin əleyhinə qiyama təhrik edirdilər.

Bir il yarım davam edən “Siffeyn” adlı ikinci müharibənin də səbəbi Müaviyənin xilafətə göz dikməsi idi. O, bu müharibəyə üçüncü xəlifənin intiqamını almaq bəhanəsi ilə başladı və yüz mindən artıq insanın nahaq qanına bais oldu. Əlbəttə, Müaviyə bu müharibədə müdafiə mövqeyində deyil, hücumçu məqamında idi. Çünki, intiqamçılıq hissi ilə başlanan mübarizə heç vaxt müdafiə xarakteri daşıya bilməzdi.

Bu müharibəyə “üçüncü xəlifənin intiqamı” da deyilirdi. Halbuki, üçüncü xəlifə bu hadisələr zamanı qiyamı yatırtmaq üçün Müaviyədən kömək istəmişdi. O da bir qoşunla Şamdan Mədinəyə tərəf hərəkət etmiş, lakin yolda bilərəkdən o qədər yubanmışdı ki, nəhayət mə`lum hadisə baş verib qurtarmışdı. Xəlifə öldürüldükdən sonra Şama qayıdaraq “xəlifənin intiqamı” adı altında qiyama başlamışdı.

Əli (ə) şəhid olduqdan və xilafət qəsb edildikdən sonra artıq üçüncü xəlifənin intiqamı unuduldu və qatillər tə`qib edilmədi!!

“Siffeyn” müharibəsindən sonra “Nəhrəvan” qiyamı baş verdi. Bu hadisələr zamanı aralarında bə`zi səhabələr də olan mürtəce bir qrup Müaviyənin təhriki ilə Əli (ə)-a qarşı qiyam edib islam ölkələrində iğtişaş yaradırdılar; Əli (ə)-ın tərəfdarlarını hər yerdə tapıb öldürür, hətta hamilə qadınların qarnını cıraraq körpəni çıxarır və başını kəsirdilər.1

Əli (ə) bu iğtişaşları da yatırtdı, lakin bir müddət sonra Kufə məscidində namaz üstündə xəvaric tərəfindən şəhid edildi.


Yüklə 2,41 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin