Müəllif: Əllamə Seyyid Məhəmməd hüseyn Təbatəbai


ŞİƏLƏR - İKİNCİ HİCRİ ƏSRİNDƏ



Yüklə 2,41 Mb.
səhifə17/99
tarix03.01.2022
ölçüsü2,41 Mb.
#49010
1   ...   13   14   15   16   17   18   19   20   ...   99

ŞİƏLƏR - İKİNCİ HİCRİ ƏSRİNDƏ


İkinci hicri əsrinin axırıncı üçdə birində Bəni-üməyyənin zülmləri nəticəsində yaranan qanlı müharibələrin ardınca islam ölkələrinin hər bir yerində qiyamlar baş verirdi; məhz bu illərdə “Peyğəmbər Əhli-beyti” adı ilə İranın Xorasan nahiyəsində bir hərəkat başlandı. Bu hərəkatın başçısı İran sərkərdəsi Əbu Müslüm Mərvəzi idi. O, mövcud hakimiyyət əleyhinə qiyam edərək əməvi dövlətini devirmək üçün inqilabi iş aparırdı.2

Bu inqilabi hərəkat şiələrin dərin təbliğatlarından qaynaqlandığına, Əhli-beyt şəhidlərinin intiqamını almaq adı ilə baş verdiyinə, hətta Əhli-beytdən olan layiqli və bəyənilmiş bir şəxsiyyət üçün camaatdan gizli şəkildə bey`ət alındığına baxmayaraq, birbaşa şiə rəhbərlərinin göstərişi ilə olmamışdır. Çünki, Əbu Müslüm xilafəti Mədinədə imamiyyə şiələrinin altıncı imamına təqdim edəndə, o həzrət bunu ciddi şəkildə rədd edib buyurdu: “Sən bizim adamlardan deyilsən, dövran da mənim dövranım deyildir.”1

Nəhayət, Abbasilər sülaləsi Əhli-beyt adından istifadə edərək xilafəti ələ keçirdilər.2 Əvvəlcə bir neçə gün camaatla və ələvilərlə xoş rəftar etdilər, hətta ələvi şəhidlərinin intiqamını almaq adı ilə Bəni-üməyyə tayfasını kütləvi şəkildə qırdılar, onların xəlifələrinin qəbirlərini açaraq tapdıqları hər bir şeyi yandırdılar.3 Amma çox keçmədi ki, Bəni-üməyyənin üslublarını özlərinə örnək kimi götürərək zülm və azğınlıq etməkdə heç nəyi əsirgəmədilər.

Dörd sünnü məzhəbindən biri olan hənəfi məzhəbinin rəisi Əbu Hənifə Mənsurun zindanına göndərildi. Ona çoxlu işgəncələr verildi. Sünnülərin digər bir məzhəb rəisi Əhməd ibni Hənbələ şallaq vuruldu.4 İmamiyyə şiələrinin altıncı imamı da çoxlu əzab-əziyyətlərə və ağır işgəncələrə mə`ruz qaldıqdan sonra zəhərləndirilib şəhid edildi.5 Abbasilər ələviləri dəstə-dəstə öldürür, diri-diri dəfn edir və ya divarların arasına qoyub hörürdülər.

Abbasi xəlifəsi olan Harunun dövründə islam xilafəti öz qüdrətinin zirvə nöqtəsinə çatmışdı. Bə`zi vaxtlar xəlifə günəşə xitab edərək deyirdi: “Hər yerə saçırsan saç, heç vaxt mənim ölkəmdən kənara çıxa bilməzsən!”6 Onun orduları şərqə və qərbə doğru irəlilədiyi halda, guya onun xəlifə qəsrinin bir neçə addımlığında yerləşən Bağdad körpüsündə icazəsiz tə`yin olunmuş mə`murdan xəbəri yoxmuş; o, yoldan keçənlərdən yol haqqı alırdı, hətta bir gün xəlifənin özü də oradan keçmək istəyəndə qabağını kəsərək ondan da vergi tələb etmişdi.

Bir müğənni eyş-işrət barədə iki beyt şe`r oxuyaraq, Abbasi xəlifəsi Əminin ehtiraslarını coşdurdu. Əmin ona üç milyon dirhəm gümüş pul bağışladı! Müğənni sevincindən özünü xəlifənin ayaqları altına atıb dedi: “Ey mö`minlərin əmiri! Bu qədər pulu mənə bağışlayırsanmı?” Xəlifə cavabında dedi: “Bu elə də yüksək bir məbləğ deyildir! Biz bu pulları ölkənin ucqar nahiyələ-rinin birindən alırıq!!”

İslam ölkələrinin hər bir yerindən müsəlmanların beytul-malı adı ilə xilafət sarayına sel kimi axıb gələn külli miqdarda mal-dövlət xəlifənin nəfsani istəklərinə və haqqın tapdalanmasına sərf olunurdu. Abbasi xəlifələrinin sarayında minlərlə gözəl kənizlər, oğlan və qızlar var idi!!

Əməvi dövləti süquta uğradıqdan və Abbasilər sülaləsi hakimiyyətə gəldikdən sonra da şiələrin vəziyyətində dəyişiklik baş vermədi; onların qəddar düşmənləri sadəcə olaraq öz adlarını dəyişmişdilər.



Yüklə 2,41 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin