Müəllif: Əllamə Seyyid Məhəmməd hüseyn Təbatəbai


ŞİƏLƏR - DOQQUZUNCU HİCRİ ƏSRİNDƏ



Yüklə 2,41 Mb.
səhifə20/99
tarix03.01.2022
ölçüsü2,41 Mb.
#49010
1   ...   16   17   18   19   20   21   22   23   ...   99

ŞİƏLƏR - DOQQUZUNCU HİCRİ ƏSRİNDƏ


Beşinci əsrdən doqquzuncu əsrin axırlarına kimi şiələr dördüncü əsrdə malik olduqları imkanlarını davam etdirir, şiə məzhəbindən olan rəhbərlər də şiəliyi genişləndirirdilər.

5-ci hicri əsrinin axırlarında İsmailiyyə firqəsinin çağırışı ilə bu firqə ardıcılları Ələmut qalasında məskən saldılar; onlar İranın mərkəzi hissəsində bir əsr yarım davam edən bir müddət ərzində tam istiqlaliyyət şəraitində yaşadılar. Mazandaranda mər`əşi seyyidləri uzun illər boyu hakimiyyətdə oldular.2

Monqol padşahlarından olan Şah Xudabəndə şiəliyi qəbul etdi; onun ardınca monqollar uzun müddət İranda hakimiyyətdə oldular və şiəliyi yaydılar. Ağqoyunlu və qaraqoyunlu dövlətinin padşahları (Onların mərkəzi Təbrizdə yerləşsə də, sərhədləri Fars və Kerman əyalətinə qədər gedib çatırdı.), eləcə də (Misirdə) fatimilər hökuməti də uzun illər hakimiyyətdə olmuşdular.

Əlbəttə, sıravi insanların bu məzhəbə bağlılığı iqtidarda olan hakimlərin əqidəsi ilə fərqlənirdi. Belə ki, fatimilər hökuməti tənəzzülə uğradıqdan və Ali-əyyub sultanları hakimiyyətə gəldikdən sonra tarix bir daha təkrar-landı; Misir və Şam şiələri dini azadlıqlardan tamamilə məhrum edildi və şiələrin böyük bir qrupu qılıncdan keçirildi.1

O cümlədən, şiə fiqhinin böyük və görkəmli şəxsiyyətlərindən olan Şəhidi Əvvəl Məhəmməd ibni Məhəmməd Məkki şiə olduğuna görə 786-cı hicri ilində Dəməşqdə qətlə yetirildi; Şeyxi-işraq Şəhabuddin Söhrəvərdi fəlsəfəyə meyl göstərdiyinə görə Hələb şəhərində e`dam olundu.2

Bu beş əsr ərzində şiələrin sayı ümumi şəkildə artmaqda idi; qüdrət və məzhəbi azadlıq məsələsi isə sultanların şiələrlə müxalif və ya müvafiq olmalarından asılı idi. Bu müddət ərzində şiə məzhəbi heç bir yerdə rəsmi məzhəb kimi e`lan edilməmişdir.



Yüklə 2,41 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin