Müəllif: Əllamə Seyyid Məhəmməd hüseyn Təbatəbai


HƏDİS BARƏSİNDƏ YEKUN BƏHS



Yüklə 2,41 Mb.
səhifə36/99
tarix03.01.2022
ölçüsü2,41 Mb.
#49010
1   ...   32   33   34   35   36   37   38   39   ...   99

HƏDİS BARƏSİNDƏ YEKUN BƏHS


Qur`ani-Kərimin təsdiq etdiyi hədisin əsli barəsində şiələrlə sair müsəlmanlar arsında heç bir münaqişə yoxdur. Lakin islamın əvvəllərində hakimiyyətdə olan rəhbərlərin hədisin qorunub saxlanmasında yol verdikləri səhlənkarlıqlar, eləcə də səhabə və tabeinlər tərəfindən hədislərin yayılmasında göstərilən ifrat sə`ylər hədisləri acınacaqlı vəziyyətə düçar etdi.

Bir tərəfdən dövri xəlifələr hədis yazılmasını qadağan edir, əllərinə düşən bütün hədisləri yandırır, bə`zən də hədis nəql olunmasını qadağan edirdilər. Buna görə də hədislərin əksəriyyəti təhrif olundu, dəyişdirildi, unuduldu və nəticədə hal-hazırda mövcud olan aruolunmaz vəziyyət yarandı.

Digər tərəfdən də Peyğəmbərin (s) hüzurunda olub o həzrətdən hədis eşitmək iftixarına nail olan, eləcə də dövri xəlifələr və müsəlmanlar tərəfindən ehtirama layiq görülən səhabələr hədis yaymağa başladılar; iş o yerə çatdı ki, hədis Qur`an ayələrindən üstün sayıldı, hətta bə`zi ayələrin hökmü hədis vasitəsilə qüvvədən salındı.1 Bir çox hallarda hədis nəql edənlər müəyyən bir hədisi eşitmək üçün uzun məsafələr qət edir və əzab-əziyyətli səfərlərə gedirdilər.

İslam pərdəsi altında gizlənən daxili və xarici düşmənlərdən bir qrupu hədis yazıb yaymağa və nəticədə mö`təbər hədisləri də e`tibardan salmağa başladılar.2

Buna görə də islam alimləri düzgün hədisləri yanlış və qondarma hədislərdən ayırmaq üçün “rical və dirayə” adlı bir elmin təməlini qoydular.

Şiələr hədislərin sənədini araşdırmaqla yanaşı, onların mə`na və məfhumunun Qur`anla müvafiq olmasını da lazımi şərt bilirlər. Şiələrin vasitəsilə sənədləri qəti olan, Peyğəmbəri-Əkrəmdən (s) və Əhli-beyt (ə) imamlarından çatan çoxlu hədislər varid olmuşdur. Bu məktəb nöqteyi-nəzərindən Qur`anla müxalif olan hədislərin heç bir dəyəri yoxdur və yalnız onunla müvafiq olan hədislər mö`təbər sayılır.3

Bu rəvayətlərin varlığına görə şiələr Qur`anla müxalif olan hədislərə əməl etmirlər; Qur`anla müxalif, yoxsa müvafiq olması mə`lum olmayan hədislər barəsində də Əhli-beyt imamlarından çatan başqa bir göstərişə əsasən onu rədd, yaxud qəbul etmədən “məskutun ənh” (heç bir nəzər verilməyən-red.) saxlayırlar.1 Əlbəttə, bə`zən şiə aləmində də sünnülər kimi əllərinə düşən hər bir hədisə əməl edən şəxslər tapılır.


Yüklə 2,41 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin