Müəllif: Əllamə Seyyid Məhəmməd hüseyn Təbatəbai


ŞİƏLƏRİN İSLAMİ KƏLAM VƏ FƏLSƏFƏ TƏFƏKKÜRÜNDƏ ÜSTÜNLÜKLƏRİ



Yüklə 2,41 Mb.
səhifə41/99
tarix03.01.2022
ölçüsü2,41 Mb.
#49010
1   ...   37   38   39   40   41   42   43   44   ...   99

ŞİƏLƏRİN İSLAMİ KƏLAM VƏ FƏLSƏFƏ TƏFƏKKÜRÜNDƏ ÜSTÜNLÜKLƏRİ


Tamamilə aydındır ki, ilk gündən azlıq təşkil edən şiələr çoxluq təşkil edən sünnülərdən ayrılaraq, öz müxalifləri ilə daimi olaraq, xüsusi nəzəriyyələr barədə mübahisələr aparmışlar. Elmi mübahisələrin qarşılıqlı olmasına və münaqişə tərəflərinin hər ikisinin ondan bəhrələnməsinə baxmayaraq, şiələr həmişə hücum, digərləri isə müdafiə mövqeyində dayanmışlar. Həqiqətdə münaqişə tərəflərindən kifayət qədər vasitə əldə etməkdə irəli düşənlər həmləyə başlayan şəxslərə məxsusdur.

Həmçinin, kəlami bəhslərin rövnəqləndiyi ikinci və üçüncü əsrdə mö`təzilə məzhəbinin yayılması ilə öz inkişaf mərhələlərinin zirvə nöqtəsinə çatan şiə alimləri (onlar Əhli-beyt (ə) məktəbinin şagirdləri idi) mütəkkəllimlər cəbhəsinin öncülləri idilər. Sünnülərin əş`əriyyə, mö`təzilə və s. mütəkəllimlər silsiləsi də Əli (ə)-a gedib çatır.2

Amma Peyğəmbər (s) səhabələrinin əsərləri ilə tanış olanlar bilirlər ki, sayı on iki mindən artıq olan məşhur və mə`lum səhabələrdən nəql olunan bu qədər əsərlər içərisində hətta bircə dənə də olsun belə, fəlsəfi təfəkkürə malik olan bir mətləb tapmaq olmaz. Yalnız Əli (ə) özünün son dərəcə elmi və cazibədar bəyanları ilə ilahiyyat elmində ən dərin fəlsəfi təfəkkürləri təqdim etmişdir.

Səhabələrin və onların ardınca gələn alimlərin, habelə o dövrdə yaşayan ərəbdilli elm xadimlərinin azad fəlsəfi təfəkkür barədə heç bir mə`lumatları yox idi; ilk iki əsrin alimlərinin sözlərində fəlsəfi təfəkkürə aid olan heç bir mətləb müşahidə olunmur. Yalnız şiələrin birinci və səkkizinci imamlarının kəlamlarında fəlsəfi təfəkkür əsasında buyurulmuş kəlamlar mövcuddur; öz şagirdlərindən bir qrupunu bu təfəkkürlə tanış edənlər də məhz onlar olmuşdur.

Ərəblər fəlsəfi təfəkkürdən tamamilə uzaq idilər; nəhayət ikinci əsrin əvvəllərində onun bir nümunəsi bə`zi yunan fəlsəfi kitablarından ərəb dilinə tərcümə olundu. Bundan sonra üçüncü hicri əsrinin əvvəllərində yunan, siriyani və başqa dillərdən bə`zi kitablar ərəb dilinə tərcümə olundu və fəlsəfi təfəkkür üslubu hamının ixtiyarına verildi. Bununla belə fəqih və mütəkəllimlərin əksəriyyəti islam aləminə yenicə daxil olmuş fəlsəfəyə və eləcə də sair elmlərə yaxşı münasibət bəsləmirdilər. İlk vaxtlarda dövlət tərəfindən himayə olunduğuna görə onların müxalifətləri bu elmlərə əsaslı tə`sir göstərə bilmirdi. Lakin bir müddət keçdikdən sonra vəziyyət tamamilə dəyişildi, fəlsəfi kitabları ciddi şəkildə qadağan edərək dənizə tökdülər. Adı bəlli olmayan bir qrup müəllifin təfəkkürünün məhsulu olan “İxvanus-səfa” risalələri həmin günlərin yadigarıdır; bu əsərlərdə o dövrdə hakim olan irticaçı şərait gözəl şəkildə bəyan olunur.

Bu dövrdən sonra dördüncü hicri əsrinin əvvəllərində fəlsəfə elmi Əbu Nəsr Farabinin vasitəsilə dirçəldildi, beşinci əsrin əvvəllərində məşhur filosof Əbu Əli ibn Sinanın göstərdiyi sə`ylər nəticəsində tam sür`ətlə genişləndi; altıncı əsrdə Şeyx Şəhabüddin Söhrəvərdi İşraq fəlsəfəsinin əsaslarını yaratdı və məhz buna görə də təqsirkar hesab olunaraq sultan Səlahəddin Əyyubinin vasitəsilə e`dam edildi. Artıq bundan sonra fəlsəfə elmi xalq arasında rəsmi şəkildə qadağan edildi və o dövrlərdə məşhur filosoflar yetişmədi. Yalnız yeddinci əsrdə islam ölkələrinin kənarında yerləşən ispaniyalı İbni Rüşd Əndolosi fəlsəfənin yayılmasına çalışdı.1



Yüklə 2,41 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin