Müəllif: Əllamə Seyyid Məhəmməd hüseyn Təbatəbai


PEYĞƏMBƏRLƏR VƏ ASİMANİ DİN



Yüklə 2,41 Mb.
səhifə64/99
tarix03.01.2022
ölçüsü2,41 Mb.
#49010
1   ...   60   61   62   63   64   65   66   67   ...   99

PEYĞƏMBƏRLƏR VƏ ASİMANİ DİN


İlahi peyğəmbərlərin vəhy yolu ilə əldə etdikləri və ilahi tövsiyələr kimi insanlara çatdırdıqları şeylərin məcmusu din adlanır. Din, insanların həqiqi xoşbəxtliyini tə`min edən vəzifələr və yaşayış üsullarıdır.3

Asimani din ümumi şəkildə iki hissədən - e`tiqadi və əməli hissələrdən təşkil olunur. E`tiqadi hissə bir sıra əsasi və gerçək e`tiqadlardan ibarətdir ki, insan öz həyatının əsasını onun üzərində qurmalıdır. Onlar tövhid, nübuvvət və məad kimi üç əsas prinsipdən ibarətdir ki, onların hər hansı birinə olan e`tiqada xələl gəldikdə artıq onun daşıyıcısı din ardıcılı sayılmır.

Əməli bölmə isə bir sıra əxlaqi və əməli vəzifələrdən ibarətdir; bu da insanın həm aləmlərin pərvərdigarı olan Allah qarşısında, həm də cəmiyyət qarşısında malik olduğu vəzifələri göstərir. Buradan aydın olur ki, asimani şəriətlərdə insan üçün tənzim olunan fərdi vəzifələr iki qismdir: Əxlaq və əməllər. Onların hər biri də öz növbəsində iki hissəyə bölünür:

a) Birinci qism: Allah ilə əlaqədar olan əməl və əxlaqlar, o cümlədən gözəl əxlaq, iman, ixlas, bəndəçilik, Allahın əmrinə razı olmaq, tə`zim, oruc, namaz, qurbanlıq kimi əməllər. Bu qismdən olan əməllər “ibadətlər” adlandırılır, insanın Allah dərgahında olan bəndəçiliyini isbat edir.

b) Cəmiyyətlə əlaqədar olan layiqli əməllər və əxlaq. Məsələn, əxlaq, insanları sevmək, xeyirxahlıq, ədalət, səxavət, ticarət və s. ictimai əlaqələr. Bu qism isə “müamilələr” adlanır.

Digər tərəfdən, insan həmişə kamala diqqət yetirir və bəşər cəmiyyəti zamanın keçməsi ilə daha da kamilləşir. Asimani şəriətlərdə də bu cür təkamülün zahir olması zəruridir. Qur`ani-Kərim də həmin tədrici təkamülü (əql yolu ilə əldə edildiyi kimi) tə`kid edir. Qur`an ayələrindən mə`lum olduğu kimi, sonradan gələn hər bir din və şəriət əvvəlkindən daha kamildir. Allah-taala belə buyurur:

“Biz kitabı (Qur`anı) haqq olaraq sənə nazil etdik. Halbuki, öz qarşısında olan (Tövrat və İncil kimi kitabları) təsdiq edən və onu qoruyan (və ya onların doğruluğuna şahid) kimi nazil etdik.”1

Əlbəttə, elmi nəzəriyyələrin göstərdiyi və Qur`anın aşkar buyurduğu kimi insan cəmiyyətinin dünya həyatı əbədi deyildir və təbii ki, onun təkamülü də sonsuz olmayacaqdır. Buna görə də insanın e`tiqad və əməl baxımından olan vəzifələrinin külliyyatı hökmən müəyyən bir mərhələdə dayanacaq və bunun ardınca e`tiqadın kamalı və əməli qayda-qanunların genişlənməsi baxımından mərhələnin axırına çatan şəriət və nübuvvət də xətm olunacaqdır.

Məhz buna görə də Qur`ani-Kərim islam dininin Həzrət Məhəmməd (s)-in dini kimi asimani dinlərin axırıncısı və ən kamili olduğunu bəyan etməklə yanaşı, özünü nəsx olunmayan (qüvvədən düşməyən) asimani kitab, Peyğəmbəri-Əkrəmi (s) peyğəmbərlərin sonuncusu, islam dinini isə bütün vəzifələrin göstəricisi olan bir din kimi təqdim edərək buyurur:

Və şübhəsiz Qur`an əziz və öz sərhəddini qoruyan bir kitabdır. Nə öndən, nə də arxadan batil ona yol tapa bilməz.”2

Başqa bir ayədə buyurulur:

Məhəmməd sizlərdən heç kəsin atası deyildir, əksinə o, Allahın peyğəmbəri və peyğəmbərlərin sonuncusudur.”3

Başqa bir ayədə isə buyurulur:

Sənə kitab nazil etdik, halbuki o, hər bir şeyin bəyanedicisidir.”4



Yüklə 2,41 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin