Müşahidə olunan bu yaradılış dünyasının ömrü sonsuz deyil və onun sona çatacağı bir gün vardır. Qur`ani-Kərim bu məsələni tə`kid edərək buyurur:
“Yerləri, göyləri və onların arasında olanları yalnız haqq və müəyyən olunmuş əcəl (adı qeyd olunan müəyyən və məhdud bir müddət) əsasında yaratdıq.”2
Belə bir sual yaranır ki, hazırkı aləmin yaradılışından və insan nəslindən qabaq bir aləm də yaradılmış və onda da insan olmuşdurmu? Eləcə də, Qur`anın xəbər verdiyi kimi bu dünyada və onda olanların vaxtı qurtardıqdan sonra başqa bir dünya meydana gələcəkdirmi və yenə də insan yaradılacaqdırmı? Bu kimi sualların cavabını Qur`anda aşkar şəkilda tapmaq mümkün deyildir. Yalnız bu barədə bə`zi işarələr edilmişdir. Lakin Əhli-beyt imamlarından (ə) nəql olunan rəvayətlərdə bu suallara müsbət cavab verilmişdir.3
Dostları ilə paylaş: |