Müəllif: Əllamə Seyyid Məhəmməd hüseyn Təbatəbai



Yüklə 2,41 Mb.
səhifə8/99
tarix03.01.2022
ölçüsü2,41 Mb.
#49010
1   ...   4   5   6   7   8   9   10   11   ...   99

ŞİƏLİYİN YARANMASI


Əli (ə)-ın şiələri adı ilə tanınan şiəlik məktəbinin başlanması Peyğəmbəri-Əkrəmin (s) həyatı dövrünə qayıdır. 23 illik peyğəmbərlik dövründə islami təbliğat və çağırışların genişlənməsi ilə əlaqədar baş verən bir çox hadisələr, şübhəsiz, Peyğəmbərin (s) səhabələri arasında belə bir cəmiyyətin yaranmasını tələb edirdi.1 O hadisələr aşağıdakılardır:

a) Be`sətin ilk günlərində Allah tərəfindən Peyğəmbəri-Əkrəmə (s) öz qohum-əqrəbasını dinə də`vət etmək əmr olundu.2 Bu zaman Həzrət aşkar şəkildə buyurdu ki, sizlərdən hər kəs ilk olaraq mənim də`vətimə müsbət cavab versə mənim vəzirim, canişinim və vəsimdir. Əli (ə) hamıdan əvvəl islamı qəbul edərək Peyğəmbərə (s) iman gətirdi və verilən və`dələrə layiq görüldü.3

Adətən, hər hansı bir cərəyanın rəhbəri öz hərəkat və qiyamının ilk günlərində dostlarından birini vəzir və canişin olaraq başqalarına təqdim edir; o rəhbər belə bir şəxsi onun yolunda canından keçməyə hazır olan fədakar insanlara tanıtdırır.

b) Həm sünni, həm də şiə mənbələrinin nəql etdiyi mütəvatir hədislərə əsasən, Peyğəmbəri-Əkrəm (s) aşkar şəkildə buyurmuşdur ki, Əli (ə) danışıq, əməl və rəftarında hər növ xəta və günahdan uzaqdır.1 Onun dediyi hər bir söz, etdiyi hər bir iş dini əsaslarla tamamilə müvafiqdir; o, islam maarifi və şəriət hökmlərini hamıdan yaxşı bilir.2

v) Əli (ə) misilsiz xidmətlər və vəsfolunmaz fədakarlıqlar göstərmişdir. Əli (ə)-ın Peyğəmbərin (s) hicrət gecəsində onun yatağında yatmasını buna misal göstərmək olar.3

Bədr, Ühüd, Xəndək və Xeybər müharibələrində düşmənlər Əli (ə)-ın əli ilə məğlub edilməsəydi, islamçılar onların vasitəsilə məhv olub aradan gedəcəkdi.4

q) “Qədir-Xum” hadisəsində Peyğəmbər (s) Əli (ə)-ı bütün insanların vilayət və rəhbərliyinə tə`yin edərək, onu da özü kimi ümmətin rəhbəri e`lan etdi.5

Aydındır ki, hamının fikir birliyində olduğu bu kimi imtiyazlar1 və Peyğəmbəri-Əkrəmin (s) Əli (ə)-a dərin məhəbbəti fəzilət və həqiqət aşiqi olan səhabələrdən bir qrupunun Əli (ə)-ı sevərək onun ətrafında birləşməsinə və ona itaət etmələrinə səbəb olurdu. Bunun müqabilində başqa bir qrup da o həzrətə qarşı həsəd və kin-küdurət bəsləyirdilər.

Bundan əlavə, “Əli şiəsi”, “Əhli-beyt şiəsi” kimi ifadələr Peyğəmbəri-Əkrəmin (s) sözlərində də çox görünmüşdür.2


Yüklə 2,41 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin