Müəllif: Əllamə Seyyid Məhəmməd hüseyn Təbatəbai


AZLIQ TƏŞKİL EDƏN ŞİƏLƏRİN ÇOXLUQ TƏŞKİL EDƏN SÜNNÜLƏRDƏN AYRILMASI VƏ İXTİLAFIN YARANMA SƏBƏLƏRİ



Yüklə 2,41 Mb.
səhifə9/99
tarix03.01.2022
ölçüsü2,41 Mb.
#49010
1   ...   5   6   7   8   9   10   11   12   ...   99

AZLIQ TƏŞKİL EDƏN ŞİƏLƏRİN ÇOXLUQ TƏŞKİL EDƏN SÜNNÜLƏRDƏN AYRILMASI VƏ İXTİLAFIN YARANMA SƏBƏLƏRİ


Peyğəmbərin (s), səhabələrin və bütün müsəlmanların nəzərində Əli (ə)-ın yüksək məqamına nəzər salmaqla, onun ardıcılları Peyğəmbərin (s) vəfatından sonra o həzrətin xilafət məqamına çatacağına şübhə etmirdilər. Peyğəmbəri-Əkrəm (s) ölüm yatağında olarkən baş verən hadisələr istisna olmaqla, mövcud şərait və zahiri əlamətlər də bu nəzəriyyəni təsdiq edirdi.1

Amma Peyğəmbəri-Əkrəm (s) vəfat edəndən sonra gözlənilməz hadisələr baş verdi; onun ailə üzvləri və səhabələrdən bir çoxu dərin hüzn və matəm içində dəfn mərasimi ilə məşğul olduqları zaman, sonralar əksəriyyət təşkil edən bir qrup son dərəcə özbaşınalıq və tələskənliklə bir qərar çıxardılar. Onlar Peyğəmbərin Əhli-beyti, onun yaxın adamları və tərəfdarları ilə məşvərət etmədən, hətta onlara xəbər vermədən “xoşməramlı” bir tədbir keçirib müsəlmanlara xəlifə tə`yin etdilər. Əli (ə) və onun köməkçilərini qanunsuz olaraq baş vermiş bir iş qarşısında qoydular. Əli (ə) və digər tanınmış səhabələr, o cümlədən İbni Abbas, Zübeyr, Salman, Əbuzər, Miqdad, Əmmar və digərləri dəfn mərasimini tamamladıqdan sonra bu işdən xəbərdar oldular. Onlar bu üslubla və tələmtələsik xəlifə tə`yin etmək məsələsinə qarşı öz e`tirazlarını bildirmək məqsədi ilə ümumi yığıncaq keçirdilər. Lakin cavabında “belə məsləhət oldu” sözlərini eşitdilər.

Məhz bu tənqid və e`tirazlar azlıq təşkil edənləri çoxluq təşkil edənlərdən ayırdı; Əli (ə)-ın ardıcıllarını “Əli şiəsi” adı ilə cəmiyyətə tanıtdırdı. Xilafət məqamında əyləşənlər də dövrü siyasətin tələblərinə uyğun olaraq, azlıqda olanların bu adla tanınmamasına, cəmiyyətin parçalanmamasına çalışırdılar. Onlar xilafətin fikir birliyi əsasında olduğunu iddia edir, e`tiraz edənləri və bey`ətdən boyun qaçıranları “müsəlman icmasından ayrılanlar” adlandırır, bə`zən onların haqqında nalayiq ifadələr də işlədirdilər.1 Əlbəttə, şiələr ilk dövrlərdə hakim qüvvə tərəfindən kəskin təzyiqlərə mə`ruz qaldıqlarından, sadəcə e`tiraz etməklə öz müxalifətçiliklərini bildirməkdən əlavə, hər hansı bir tədbir görməyə müvəffəq olmadılar. Əli (ə) da islamın və müsəlmanların ümumi mənafeyini nəzərə almaqla və kifayət qədər köməkçi olmadığına görə silahlı qiyama qalxmadı. Lakin e`tiraz edənlər əqidə baxımından əksəriyyət təşkil edənlərə tabe olmadılar; onlar bilirdilər ki, Peyğəmbəri-Əkrəmin (s) həqiqi canişini və elmi mərcəiyyət məqamı Əli (ə)-dır.1

Peyğəmbər (s) buyurmuşdur: “Mən elmin şəhəri, Əli onun darvazasıdır. Hər kəs elm axtarırsa, gərək onun qapısından varid olsun.”2

Azlıq təşkil edən dəstənin üzvləri elmi və mə`nəvi cəhətdən yalnız o həzrətə müraciət etməyi rəva görür və başqalarını da ona doğru də`vət edirdilər.


Yüklə 2,41 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin