181
belə olduqda isə ixtilafların sayı
nəzərdə tutulandan daha çox
olacaqdır.
Zərqani, İbni Quteybədən nəql edərək deyir: Cümlələrdə idğam,
izhar, rum, işmam, təxfif və təshildə ixtilafın yaranması onun bir
cümlə kimi formalaşmasına heç bir
mənfi təsir göstərmir və bu
halda onları ixtilafa səbəb olan amillərdən biri hesab edə bilmərik.
Demək, qiraətdə nəzərə çarpan ixtilafların sayını altıdan çox
təsəvvür etmək mümkün deyil.
1. Kəlmənin əslində deyil, zahiri formasında nəzərə çarpan ixtilaf
«baid» (uzaqlaşdırmaq) felinin keçmiş və ya əmr formasında və
«əmanətəhum» (sizə əmanət olunan şeylər) cümləsinin tək və ya
cəm halda istifadə olunmasında yaranmış ixtilaf kimi;
2. Kəlmənin zahiri formasında deyil, əslində mövcud olan ixtilaf
«nunşizuha» kəlməsinin bəzən «ra», bəzən də «za»
hərfləri ilə
tələffüz olunması kimi;
3. Həm kəlmələrin əslində, həm də zahiri formasında
nəzərə
çarpan ixtilaf «ihn» və «sovf» kəlmələri arasında olan ixtilaf kimi;
4. Erabda
nəzərə çarpan ixtilaflar; Məsələn, «və ərculkum»
kəlməsi bəzən fəthə ilə, yəni «və ərculəkum» və bəzən də «və
ərculikum» oxunur.
5. İfadələrin bir-birindən əvvəl və ya sonra qiraət olunması
nəticəsində yaranan ixtilaflar;
6. Əlavə və ya əskiltmələr nəticəsində yaranan ixtilaflar.
Dostları ilə paylaş: