182
1. Bu mətləbə dəlalət edən rəvayətlərin heç birində yeddi rəqəmi
say çoxluğu mənasında işlənməmişdir.
2. Yeddi səbki dedikdə nəyi nəzərdə tutduqlarını və onun hansı
məna daşıdığını açıqlamamışlar.
Demək biz, yeddi səbki ifadəsini
bir qədər əvvəl qeyd olunan nəzəriyyələrdə olduğu kimi
mənalandırırıq. Belə olduqda isə əvvəlki
nəzəriyyələrə tutulan
iradlar bu nəzəriyyəyə də şamil olacaqdır.
DOQQUZUNCU NƏZƏR
YEDDİ QİRAƏT ÜSULU
Bu barədə irəli sürülən nəzəriyyələrdən biri də, yeddi səbkinin
yeddi qiraət üsulu kimi mənalandırmaları olmuşdur.
Cavab:
Əgər yeddi qiraət dedikdə, yeddi mötəbər qiraət üsulunu
nəzərdə tuturlarsa, «Qiraətlərə baxış»
fəslində bu nəzəriyyənin
tamamilə batil və əsassız olduğu haqda ətraflı söhbət açdıq. Yox,
əgər bütün qiraətləri nəzərdə tuturlarsa, onda qiraətlərin yeddidən
daha çox olduğunu da nəzərdən qaçırmamalıdırlar.
Belə bir nəzər də irəli sürülə bilər ki, Qurandakı qiraətlərin sayı
çox olsa da, kəlmələri ayrı-ayrılıqda qiraət etsək, onları
yeddi
oxunuş qaydasından artıq tələffüz edə bilməyəcəyik. Demək,
kəlmələrin qiraətində mövcud olan ixtilafın sayı da yeddidən artıq
olmayacaqdır. Cavabında deyə bilərik ki, əgər Quranın əksər
kəlmələrini nəzərdə tuturlarsa, bu tamamilə yanlış bir fikirdir.
Çünki, Quranda yeddi səbkidə oxunan kəlmələrin sayı çox azdır.
Yox, əgər yalnız bəzi kəlmələri nəzərdə tuturlarsa, bu halda başqa
irad meydana gəlir. Belə ki, müxtəlif qiraət formalarında
tələffüz
olunan kəlmələr yeddidən daha artıq səbkilərdə tələffüz olunur.
Məsələn, «və əbədəttağuti» kəlməsi 22, «uffi» kəlməsi isə 34 qiraət
səkbilə tələffüz olunur.
Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, bu nəzəriyyə də
digər
nəzəriyyələr kimi, həmin məzmunda nəql olunmuş
rəvayətlərin məzmunu ilə əsla müvafiq deyildir.