186
TƏHRİFİN MƏNA VƏ NÖVLƏRİ
TƏHRİF NƏDİR?
Təhrif –
lüğətdə bir neçə məna daşıyır. Bu mənaların bəzilərinə
Quranda da rast gəlirik.
1. Əgər hər hansı bir kəlmə və ya ifadə özünün həqiqi mənasında
deyil, digər mənalarda işlənilərsə təhrif olunmuş hesab olunur; Nisa
surəsinin 46-cı ayəsində bu haqda deyilir:
«Yəhudilərdən bir qismi sözlərin yerini dəyişib təhrif edir...»
Biz təhrifə Qurana verilən təfsirlərdə daha çox rast gəlirik. Bir
çox bidətçi və batil əqidələrin sadiq davamçıları öz əqidələrini
sübuta
yetirmək üçün, Quran ayələrinin
təfsirində təhrifə yol
verərək, öz batil əqidələrini
onun üzərində tətbiq etməyə
çalışmışlar. İmamlar və onların davamçıları
bu məsələyə ciddi
yanaşmış, Quranda təhrifə yol verməyi qətiyyətlə qadağan etmişlər.
Məsələn, imam Baqirin (ə) Səd Xəyrə yazdığı məktubda deyilir:
Dostları ilə paylaş: