MüƏLLİFDƏN


MÜSƏLMANLAR QURANIN TƏHRİF OLUNUB-



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə124/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   120   121   122   123   124   125   126   127   ...   182
EL-BEYAN 1 Cİ CİLD

MÜSƏLMANLAR QURANIN TƏHRİF OLUNUB-
OLUNMAMASI HAQDA HANSI ƏQİDƏYƏ ƏSASLANIRLAR 
Məlum oldu ki, müsəlmanların əksəriyyəti Qurani-kərimdə istər 
əlavələr, istərsə də ixtisar yolu ilə təhrifə yol verildiyinə istinad 
etməmişlər. 
Belə ki, görkəmli şəxsiyyətlərindən biri olmuş mərhum Şeyx 
Səduq (r.ə.) Quranın təhrif olunmamasını imamiyyə məzhəbinin ən 
başlıca əqidələrindən biri kimi qələmə vermişdir. Şeyxut-taifə Əbu 
Cəfər Tusi, özünün «Tibyan» adlı təfsirində bu mətləbə toxunmuş 
və bunu ustadı Seyyid Murtəza Ələmul Hudadan nəql etdiyini 
vurğulamışdır. 
Quranın təhrif olunmaması haqda fikir irəli sürmüş digər 
məşhur müfəssirlərdən biri də «Məcməul-bəyan» təfsirinin müəllifi 
Təbərsidir. O, kitabının müqəddiməsində bu haqda ətraflı məlumat 
vermişdir. 
Həmçinin Şeyxul-füqəha təxəllüsünü almış «Kaşiful-ğitanın» 
müəllifi Şeyx Cəfər, «Urvətul-vüsqa»nın müəllifi Əllamə Şəhşəhani 
Quranın təhrif olunmadığı haqda əsaslı fikir və mülahizələr irəli 
sürmüşlər. «Vafi» və «Elmul-yəqin» kitabının müəllifi mərhum 
molla Möhsin Feyz, «Alurrəhman» təfsirinin müəllifi Şeyx 
Məhəmməd Cavad da bu mətləbə böyük əhəmiyyət vermişlər. 
Adları çəkilən nəzər sahibləri ilə yanaşı, Quranın təhrif 
olunmaması haqda fikir irəli sürmüş şəxslərə gəldikdə, Şeyx 
Mufidin, bütün islam elmlərinin və eləcə də bir çox dəqiq və 
humanitar sahələrin mütəxəssisi mərhum Şeyx Bəhaəddin Amili və 
Qazi Nurullah Şuştərinin adlarını xüsusilə qeyd etmək lazımdır. Şiə 
alimlərinin imamət barəsində təlif etdikləri əsərlərə nəzər saldıqda, 
Quranın təhrif olunması haqda heç bir mətləbə rast gəlmirik. Bu isə 
bir daha üçüncü xəlifənin dövründən sonra Quran nüsxələrində 
mövcud olmuş təhriflərə birdəfəlik son qoyulduğunu sübuta yetirir. 
Ümumiyyətlə, Quranın təhrif olunmaması şiə alimlərinin bir 
çoxu, əhli sünnə alimlərinin isə bir qismi tərəfindən qəbul 
olunmuşdur. Bu mətləbi inkar edən varsa, onların sayı çox az və 
irəli sürdükləri nəzəriyyələr isə əsassızdır. Rafei bu barədə deyir: 


190 
«Şəxsi nəzəri olmayan bəzi kəlam alimləri heç bir dəlil və əsasları 
olmadan keçmiş və eyni zamanda batil nəzəriyyəyə əsaslanaraq, 
Quranın təhrif olunduğuna dair heç bir məntiqə əsaslanmayan 
mülahizələr irəli sürmüşlər.» 
(Ecazul Quran 41-ci səh.). 
Mərhum Təbərsi «Məcməul-bəyan» təfsirində, Quranın təhrifi 
haqqındakı nəzəriyyənin Həşviyyə və onun kimi heç bir məlumatı 
olmayan şəxslər tərəfindən irəli sürüldüyünü qeyd etmişdir. 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin