MüƏLLİFDƏN


QURANDA TİLAVƏTİN NƏSX OLUNMASI



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə125/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   121   122   123   124   125   126   127   128   ...   182
EL-BEYAN 1 Cİ CİLD

QURANDA TİLAVƏTİN NƏSX OLUNMASI 
Əhli sünnə alimlərinin bir çoxu «Peyğəmbər (s) dövründə 
mövcud olan Quran bir qədər fərqli idi» rəvayətinə istinad edərək, 
bəzi ayələrin müxtəlif səbəblər üzündən Quranda yazılmadığını 
iddia etmişlər. Bunu nəzərə alaraq bu məzmunda nəql olunmuş 
bütün rəvayətləri nəzərdən keçirir və onların irəli sürdükləri bu 
nəzəriyyənin nə dərəcədə düzgün olub-olmadığını araşdırmaq 
istəyirik. Belə ki, ayələrin bəzilərinin ixtisara salınması onun təhrif 
olunmasına səbəb ola bilər. 
BU HAQDA NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR 
İbni Abbas deyir: «Ömər minbərə çıxıb dedi: Allah-taala, 
Məhəmmədi (s) haqq olaraq peyğəmbərliyə təyin etdi. Ona 
«Daşqalaq» ayəsini (zinakarların daşqalaq olunmasını) nazil etdi. 
Biz onu oxuyub başa düşdük və ona əməl etdik. Amma qorxuram 
elə bir zaman gəlib çatsın ki, müsəlmanlardan birisi «Quranda 
daşqalaq barəsində bir şey deyilməmişdir» deyib zəlalətə (günaha) 
düçar olmuş olsun.» 
Ömər sözünü davam etdirib dedi: 
«Bəli, Allah-taala öz kitabında zinakarlıq edən evli kişi və 
qadınların daşqalaq olunmasını açıq-aşkar bəyan etmişdir. Quranda 
oxuduğumuz ayələrdən biri də bu idi: 
«Ata-babalarınızdan üz çevirməyin. Onlardan üz çevirərsinizsə 
küfrə düçar olmuş olarsınız»
və ya belə olmalı idi: 
«Ata-babalarınızdan üz çevirərsinizsə küfr etmiş olarsınız.» 
(Səhih Buxari 8-ci cild, 26-cı səh.). 


191 
Süyuti deyir: İbni Əştə özünün «Əl-musahif» adlı kitabında Leys 
ibni Səddən nəql edərək deyir: Quranı ilk dəfə bir yerə yığan şəxs 
Əbu Bəkr olmuşdur. Zeyd ona belə bir məktub yazır: Ömər də 
«Daşqalaq» ayəsini Qurana əlavə etmək istəmişdir. Lakin, onun 
Quran ayəsi olduğunu təsdiq edəcək ikinci bir şəxs olmadığı üçün 
Quran nüsxəsinə daxil edilməmişdir. 
(İtqan 2-ci cild, 101-ci səh.).
Müəllif: Ö
mərin Qurana əlavə etmək istədiyi daşqalaq ayəsi və 
onun bu təklifinin qəbul olunmaması hadisəsi müxtəlif şəkillərdə 
fərqli olaraq nəql olmuşdur. 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin