MüƏLLİFDƏN


«[Müşriklər peyğəmbərə] belə dedilər: Ey özünə kitab nazil edən



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə129/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   125   126   127   128   129   130   131   132   ...   182
EL-BEYAN 1 Cİ CİLD

«[Müşriklər peyğəmbərə] belə dedilər: Ey özünə kitab nazil edən 
kəs! Axı sən divanəsən!» (Hicr-6). 
Göründüyü kimi «və qalu ya əyyuhəlləzi nuzzələ ələyhizzikru 
innəkə ləməcnun» ayəsində «zikr» deyildikdə, Peyğəmbərə (s) nazil 
olmuş Quran nəzərdə tutulur. 
2. Deyirlər
: Quranın qorunması deyildikdə, onun təhrif və 
təbdildən qorunması deyil, eyb və nöqsanlardan qorunması və 
onun haqq olmasının sübutu nəzərdə tutulur. 
Cavab: 
Gətirdikləri bu dəlilin birinci dəlildən daha əsassız və 
batil olduğu göz qabağındadır. Əgər onlar Allahın, Quranı 
kafirlərin tənqid və iradından qorumasını nəzərdə tuturlarsa, 
gəldikləri nəticənin batil olduğuna şəkk etməməlidirlər. Çünki, 
Quran hər şeydən daha çox kafirlərin tənqid və iradlarına məruz 


198 
qalmışdır. Demək ayədən məqsəd, heç də kafirlərin tutduqları irad 
və nöqsanlar deyildir. 
Yox, əgər onlar Quranın özünəməxsus bəyan tərzini və 
başqalarının onunla mübarizə etməyə qadir olmadıqlarını nəzərdə 
tuturlarsa, demək lazımdır ki, bu barədə düzgün nəticəyə gəlmişlər. 
Lakin heç də nəzərdən qaçırmaq olmaz ki, Quran nazil olduğu ilk 
gündən bu yüksək xüsusiyyətə malik olmuşdur. O ki qaldı onun 
toxunulmazlığına, bu məsələ Quranın zati xüsusiyyətlərindən 
deyildir. Belə ki, Allah-taala belə bir toxunulmazlıq xüsusiyyətini 
ona nazil olduqdan sonra vermişdir. Buna əsasən deyə bilərik ki, 
zati toxunulmazlıq onun təhrifə qarşı zati istehkamı və müqavimət 
göstərməsidir. Bunun isə, yuxarıda qeyd olunan ayənin məna və 
məfhumu ilə heç bir əlaqəsi yoxdur. 
Əvvəla ona görə ki, Quran əvvəldən malik olduğu üstün 
xüsusiyyətlərlə öz müxaliflərinə qarşı sinə gərmiş və özünü 
lazımınca müdafiə edə bilmişdir. Təbiidir ki, belə bir halda onun 
heç bir xarici mühafizəkara ehtiyacı olmayacaqdır. 
Digər tərəfdən isə ayə Quranın toxunulmazlığına, nazil olarkən 
deyil, yalnız nazil olduqdan sonra zəmanət verir. 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin