210
aşkar işıqlandırılmışdır. Bu barədə ətraflı məlumat əldə etmək
istəyənlər yuxarıda adı çəkilən kitaba müraciət edə bilərlər.
Bir sözlə, əgər belə bir əhəmiyyətli mövzuya dəlalət edən ayələr
təhrif olunsaydı, ilk növbədə Əli (ə) və onun səhabələri tərəfindən
böyük etiraza səbəb olar və dərhal həmən təhriflərin qarşısı
alınardı.
QURANIN OSMANIN XİLAFƏTİ DÖVRÜNDƏ TƏHRİF
OLUNMASI
Osmanın xilafəti dövründə Quranın təhrif olunmasına dair irəli
sürülmüş nəzəriyyə, digər nəzəriyyələrdən daha əsassızdır.
1. Osmanın xilafəti dövründə müsəlmanlar elə bir inkişaf
mərhələsinə çatmışdılar ki, nə Osman, nə də başqa birisi Quranı
təhrif etməyə cürət edə bilməzdi.
2. Osmanın, Quranın siyasi xarakter daşımayan ayələrini təhrif
etməyə heç bir səbəb olmamışdır. O ki qaldı xilafət mövzusuna
dəlalət edən ayələrə, biz belə bir ayənin təhrif olunduğunu
müşahidə etmirik. Əgər belə bir ayə mövcud olsaydı, Osmanın
xilafəti dövrünədək müsəlmanlar yaşayan məntəqələrdə yayılar və
təhrifə yol verilməsin deyə, Osmanın xəlifəliyə təyin olunmasının
qarşısı alınardı. Və ya heç olmasa bu işdə Osmana irad tutular və
onunla müxalif olan şəxslərin əlində sübut və dəlilə çevrilərdi.
3. Əgər Osman həqiqətən də Quranı təhrif etmiş olsaydı, bu onu
qətlə yetirən şəxslərin əlində ən gözəl bəhanələrdən birinə
çevrilərdi. Belə ki, onlar Osmanı beytul-maldan sui-istifadə
etməkdə günahlandırmış və bu səbəbdən də onu qətlə yetirmişlər.
4. Əgər Quran xəlifə Osman tərəfindən təhrif olunsaydı, ondan
sonra xəlifə təyin olunmuş Əli (ə) bunların qarşısını alar və lazımı
düzəlişlər aparardı. Lakin, bu barədə xəlifəyə hətta onun
müxalifləri belə etiraz etməmişlər.
Əli (ə) öz çıxışlarının birində, üçüncü xəlifənin beytul-maldan
sui-istifadə etməsi haqda deyir:
Dostları ilə paylaş: