216
«Sənin səbr edib dözə bilmədiyin şeylərin daxili [batini] mənası
budur» (Kəhf-83).
Göründüyü kimi, bu ayələrin hamısında «təvil» (işin sonu)
«aqibət» mənasında işlənmişdir.
«Tənzil» – məsdər xarakteri daşıyır və «təfil» vəzninə daxil
olduğu üçün (aşağı enmək) və ya endirmək mənasını daşıyır. Və
bəzən «tənzil» nazil olmuş şeyin özü ilə işlənilir.
Məsələn:
«[Sizə oxunan bu kitab]» (Vaqiə-77).
«O [Allah dərgahında] qorunub saxlanılan bir kitabdır» (Vaqiə-
78).
«Ona yalnız pak olanlar toxunar» (Vaqiə-79).
«O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir» (Vaqiə-80).
Göründüyü kimi bu ayələrdə «tənzil» deyildikdə, Quran nəzərdə
tutulur. Lakin, bir çox hallarda da özünün məsdər formasında
(enmə mənasında) işlənmişdir.
Bir daha qayıdaq Əli (ə)-ın yığdığı Quran nüsxəsinə. Əgər biz
burada bəzi əlavələr görəriksə, heç də onu Quran ayəsi hesab
etməməliyik. Bunlar sadəcə olaraq Qurana verilən təfsir və ya
izahatlardır.
Götürək elə münafiqlər barəsində nazil olmuş ayələri. Məlum
olduğu kimi Qurani-kərimdə onlardan hansınınsa müəyyən olaraq
adı çəkilməmişdir. Bundan isə əsas məqsəd onların maraqlarını ələ
gətirmək və qəlblərində islama qarşı rəğbət hissi yaratmaq idi.
Lakin Əli (ə)-ın yazdığı nüsxədə isə, onlardan bəzilərinin adları ilə
qarşılaşırıq. Demək, adların çəkilməsindən məqsəd ayələrə bir
qədər ətraflı izahat vermək olmuşdur. O ki qaldı Quranda adı
çəkilən Əbu Ləhəbə, o münafiq deyil, Peyğəmbərlə (s) açıq-aşkar
düşmənçilik edən inadkar bir bütpərəst idi.
Dostları ilə paylaş: