İkinci hissə:
«Təhrif rəvayətlərinə» istinad edən başqa bir qrup belə bir
fərziyyə irəli sürmüşlər ki, Quranın orjinal nüsxəsində bəzi dini
məzhəb və təriqət rəhbərlərinin adları çəkilmiş, lakin təhrif
nəticəsində aradan getmişdir. Bu məzmunda bir neçə rəvayət nəql
olunmuşdur.
1. Mərhum Koleyni «Üsuli-kafi»də Məhəmməd ibni Fəzldən nəql
edərək deyir: İmam Əbul Həsən (ə) buyurur: Əli ibni Əbi Talibin (ə)
imamət və vilayəti, bütün peyğəmbərlərin kitablarında qeyd
olunmuşdur. Allah, peyğəmbərlərin hamısına Məhəmmədin (s)
sonuncu peyğəmbər və onun vəsisi Əli (ə) haqda xəbər vermişdir.
220
2. Əyaşi, imam Sadiq (ə)-dan nəql edərək deyir: Əgər Quran
indinin özündə də nazil olduğu kimi qalsaydı, hal-hazırda orada
biz Əhli-beytin adlarına rast gələrdik.
3. Koleyni «Üsuli-kafi»də və Əyaşi öz təfsirində İbni Abbasdan,
həmçinin Furat Kufi öz təfsirində Əsbəs ibni Nəbatədən nəql edərək
deyir: Əli (ə) buyurur: Quran dörd hissədən ibarət olmaqla nazil
olmuşdur. Onun ayələrinin dörddə biri bizim, dörddə biri
düşmənlərimiz, dörddə biri ibrətamiz məsələlər, dörddə biri isə icra
olunması vacib, müstəhəb, haram və məkruh olan şəriət məsələləri
haqda nazil olmuşdur. Qurana ehtiramla yanaşıb onun
göstərişlərinə əməl etmək bizim ən başlıca vəzifəmizdir.
4. Koleyni imam Baqir (ə)-dan nəql etdiyi hədisdə deyir: Cəbrail
Bəqərə surəsinin 23-cü ayəsini Peyğəmbərə (s) nazil edərkən orada
Əlinin adı çəkilmişdir. Ayədə deyilir:
«Əgər bəndəmizə [Məhəmmədə] [Əli barəsində] nazil etdiyimizə
[Qurana] şəkkiniz varsa, siz də [fəsahətdə və bəlağətdə] ona bənzər bir surə
gətirin.»
Cavab:
İmamların adlarına gəldikdə deməliyik ki, heç bir ayədə
birbaşa onların adları çəkilməmişdir. Bu kimi rəvayətlərdə
imamların adları ilə qarşılaşdıqda isə, ayənin təfsir və ya izah
olunduğuna ehtimal verməliyik. Demək, belə bir əsassız dəlilə
istinad edərək, heç də Quranın təhrif olunduğunu iddia etmək
olmaz.
Yox əgər təhrifdən savayı heç bir məna əldə etmiriksə, bu
məzmunda nəql olunmuş rəvayətlər, Quranın təhrif olunmadığını
açıq-aşkar bəyan edən digər «möhkəm» ayələr və Peyğəmbərdən (s)
nəql olunmuş mütəvatir hədislərlə ziddiyyət təşkil etdiyi üçün
kənara qoyulmalı və ona mötəbər rəvayət kimi istinad
olunmamalıdır. Deməli ilk növbədə ayənin məzmununa diqqət
yetirmək lazımdır. Əgər ayənin məzmununda Əli (ə) və ya digər
imamlar nəzərdə tutulursa, biz yalnız ayəni təfsir edərkən onların
adlarına işarə etməliyik. Əks təqdirdə nə bu məzmunda nəql
olunmuş rəvayətlərə istinad etməliyik, nə də ayəni istədiyimiz
tərzdə təfsir etməliyik.
221
Təhrif rəvayətlərinə istinad edən şəxslərin irəli sürdükləri
nəzəriyyənin əsassız olduğunu bir neçə dəlillə sübuta yetirə bilərik.
1. Hamı tərəfindən mötəbər hesab olunan və eyni zamanda tarixi
xarakter daşıyan «Qədir» hədisindən bir daha məlum olur ki, Əli
(ə)-ın adı Qurani-kərimdə birbaşa çəkilməmişdir. Çünki, Əli (ə)-ın
«Qədir» hədisi vasitəsilə xilafətə təyin olunması Allahın əmri ilə
həyata keçmişdir. Elə bir şəraitdə ki, bu hadisəni yüz minlərlə
müsəlman öz gözləri ilə müşahidə edib və bu hadisənin canlı
şahidlərinə çevrilirdilər. Əli (ə) bundan belə Peyğəmbərə (s) bütün
işlərində köməklik etməli və qarşılaşdığı bütün çətinliklərdə onu
qorumalı idi.
Əgər Əli (ə)-ın adı Quranda açıq-aşkar göstərilsəydi, onun belə
bir şəraitdə («Qədir» hadisəsində) xilafətə təyin olunmasına heç bir
ehtiyac duyulmazdı. Demək Əli (ə)-ın adı Quranda birbaşa
çəkilsəydi, Peyğəmbər (s) heç nədən çəkinmədən bunu bəyan edər
və bu mətləbi təsdiqləyəcək ayə nazil olmazdı. Belə ki, «Qədir»
hadisəsindən bir daha bizə məlum olur ki, Əli (ə)-ın adı Qurani-
kərimdə birbaşa olaraq bir dəfə də olsun çəkilməmişdir. Bu əhvalat
həccətul-vidada Peyğəmbərin (s) ömrünün son günlərində baş
vermişdir. Elə bir vaxtda ki, Quran demək olar ki, tam şəkildə nazil
olmuş və müsəlmanlar arasında geniş yayılmışdır.
2. Əli (ə)-ın Qurani-kərimdə adı çəkilməsinə dəlalət edən bəzi
rəvayətlərin tamamilə yalan və əsassız olduğu göz qabağındadır.
Belə ki, bir qədər əvvəl qeyd etdiyimiz dördüncü hədisdə Əli (ə)-ın,
Bəqərə surəsinin 23-cü ayəsində adının birbaşa çəkilmədiyini
görürük. Bir halda ki, həmin ayənin vilayət və ya imamət mövzusu
ilə heç bir əlaqəsi yoxdur.
3. Əbu Bəkrin «Üsuli-kafi»də imam Sadiq (ə)-dan nəql etdiyi
hədisdə, Əli (ə)-ın adının Qurani-kərimdə birbaşa çəkilmədiyini bir
daha sübuta yetirir. Hədisdə deyilir: İmam Sadiq (ə)-dan Nisa
surəsinin
«Allaha, Peyğəmbərə və özündən olan ixtiyar sahiblərinə itaət
edin!»
ayəsini soruşdum. İmam Sadiq (ə) buyurdu: Bu ayə Əli ibni
Əbi Talib və oğlanları Həsən və Hüseyn barəsində nazil olmuşdur.
Dedim: Camaat deyir ki, nə üçün Əlinin və onun Əhli-beytinin
adları Quranda çəkilməmişdir? İmam (ə) buyurdu: Onlara de ki,
222
namaz əmri verilərkən onun üç və ya dörd rəkət qılınacağı
barəsində bir ayədə olsun nazil olmamışdır. Onun necə qılınacağı
sonralar Peyğəmbər (s) tərəfindən izah olundu.
(Vafi. 2-ci cild, 30-cu
səh).
Bu rəvayətlə bu məzmunda nəql olunmuş digər rəvayətlərdə
həm təfsir, həm də nəyin nəzərdə tutulduğu bəlli olur. Yəni Əli (ə)-
ın adı Quranda çəkilməmişdir. Lakin bəzi ayələrin təfsir və ya
izahlarında onun adına rast gəlmək olur, Peyğəmbərə (s) bunun
bəşəriyyətə bəyan olunması Allah tərəfindən əmr olunmuşdur.
4. Əbu Bəkrə beyət etməyən və ona qarşı hər növ mübarizə
üsuluna əl atan şəxslər, Əli (ə)-ın Quranda adının çəkilməsinə heç
bir işarə etməmişlər. Əgər Əli (ə)-ın adı həqiqətən Quranda
çəkilsəydi, Əbu Bəkrin yaratdığı yeni xilafətə qarşı çıxan şəxslər
əsaslı dəlil olaraq buna istinad edər və onun istefasını tələb
edərdilər.
Dostları ilə paylaş: |