DÖRDÜNCÜ HİSSƏ
«Təhrif rəvayətinə» istinad edən başqa qrup deyir: Quranda bəzi
ifadələr ixtisara salınmaqla mətnində nöqsan və çatışmamazlıqlar
meydana gəlmişdir.
Cavab:
Bu məzmunda nəql olunmuş rəvayətlər də digər
rəvayətlər kimi tamamilə zəif və əsassızdır. Biz bu rəvayətləri də
digər rəvayətlər kimi diqqətlə araşdırmalı və yetkin nəticəyə
gəlməliyik. Yəni biz onları Quranın təhrif olunub-olunmadığına
dair nəql olunmuş rəvayətlə və ya Quranın öz ayələri ilə tətbiq
etməli, həqiqət olub-olmadığına yəqinlik hasil etməliyik. Bu
rəvayətələr Quran və mötəbər rəvayətlərlə ziddiyyət təşkil etdikdə,
digər qeyri-mötəbər rəvayətlər kimi kənara qoyulmalı, ona istinad
olunmamalıdır.
Məşhur Quran təhqiqatçılarından biri olan Kobasi bu haqda
deyir: Quranın təhrif olunduğuna dəlalət edən rəvayətlər, bəziləri
istisna olmaqla müsəlman icması tərəfindən qətiyyətlə rədd olunur.
Quranda təhrif və ya nöqsana yol verilməsinə heç bir əsas yoxdur.
Əgər bu həqiqətə uyğun olsaydı, digər mühüm hədislər kimi tez bir
zamanda yayılar və hamının, xüsusilə təhrif nəzəriyyəsinin maraq
dairəsinə çevrilərdi. Çünki, bu heç də kiçik və az əhəmiyyətli
məsələ deyildir.
Belə bir nəzəriyyə Bağdadi və Kurki kimi digər təhqiqatçılar
tərəfindən irəli sürülmüşdür. Kurki, Quranın təhrif olunmadığına
224
dair təlif etdiyi kitabda yazır: Quranda təhrif və ya nöqsana yol
verildiyinə dair nəql olunmuş bütün hədis və rəvayətləri diqqətlə
araşdırmalı, əsassız olduğu isbat olduqda, dərhal kənara qoyulmalı
və mötəbər sənəd kimi istinad olunmamalıdır. Çünki, bu kimi
rəvayətlər Quran ayələri və Peyğəmbər (s) tərəfindən nəql olunmuş
hədislərlə, müsəlman icmasının etiqadı, əqidəsilə tamamilə
ziddiyyət təşkil edir.
Müəllif:
Mərhum Kurki bir qədər əvvəl, bizim haqqında söhbət
açdığımız mətləbə toxunmuş və bu rəvayətləri Quran, hədis və
icma ilə tətbiq olunmasına işarə etmişdir. Belə ki, bu üç mənbə ilə
ziddiyyət təşkil edən bütün rəvayətlərin əsassız və qeyri-mötəbər
olduğunu bildirmişdir.
Şeyx Səduq, imam Sadiq (ə)-dan nəql etdiyi hədisdə deyir:
«Şübhə doğuran bir məsələ ilə qarşılaşdıqda, onu tezliklə həll edib,
çətinliklərlə qarşılaşmamaq əvəzinə bir qədər səbr edib, təmkinli
olmanız daha məqsədə uyğun olar. Çünki, hər bir həqiqətin öz
meyar və şahidi, hər bir düz işin isə işıqlı gələcəyi vardır. Quran da
həqiqət meyarıdır. Belə isə görünən hər bir işi və söylənilən hər bir
sözü Quranla müqayisə edin. Onunla müvafiq olduqda qəbul edin,
əks təqdirdə onu tərk etməyə çalışın.»
(Vəsailuş-şiə. 3-cü cild, 380-cı səh).
2. Qutb Ravəndi, imam Sadiq (ə)-dan nəql etdiyi hədisdə deyir:
«Bir-biri ilə zidd olan iki müxtəlif hədislə qarşılaşdıqda, onları
Quranla müqayisə və tətbiq edin. Quranla müvafiq olanı qəbul,
digərini isə rədd edin.»
(Vəsailuş-şiə. 3-cü cild, 380-cı səh).
|