229
3. İbni Əbi Şeybə Əli (ə)-dan nəql edərək deyir: Əbu Bəkrin
savabı hamıdan daha çoxdur. Çünki o, Quranı bir yerə yığan ilk
şəxs olmuşdur.
4. İbni Şəhab, Salim ibni Abdulla və Xaricədən nəql edərək deyir:
Əbu Bəkr kağız üzərinə yazılmış pərakəndə Quran ayələrini bir
yerə yığıb, Zeyd ibni Sabitədən ona nəzər salmasını istədi. Lakin
Zeyd bundan imtina etdi. Əbu Bəkr ilə Ömər bir daha yığılmış
nüsxədə düzəliş aparmasını israr etdikdə Zeyd nəhayət öz razılığını
bildirdi.
Bu nüsxə Əbu Bəkrin vəfatından sonra Ömərin və ondan sonra
Peyğəmbərin (s) zövcəsi Həfsənin yanında saxlanılırdı. Osman öz
adamlarını göndərib Həfsədən həmən nüsxələri təhvil verməsini
istədi. Lakin Həfsə Quranı Osmana verməkdən imtina etdi. Osman
bir daha öz adamlarını göndərib, Quranın yenidən ona
qaytarılacağını söz verir. Həfsə bu dəfə Quranı onlara verməyə
razılıq verir. Osman onun üzərindən bir neçə nüsxə köçürüb, əsl
nüsxəni yenidən Həfsəyə qaytarır.
5. Hişam ibni Urvə atasından nəql edərək deyir: Yəmamə
döyüşündə iştirak edən Quran qariləri həlak olduqdan sonra, Əbu
Bəkr, Ömər ibni Xəttaba və Zeyd ibni Sabitə məscidə gələn mötəbər
qarilərin qiraətlərini dinləmələrini və onların qiraətlərinin yalnız o
zaman kağız üzərinə köçürmələrini əmr edir ki, iki nəfər mötəbər
şəxs qiraətlərin düzgünlüyünə şəhadət vermiş olsun. Peyğəmbərin
(s) səhabələrindən və Quran hafizlərindən bir çoxunun bu döyüşdə
həlak olması, belə bir zərurətə səbəb olmuşdu və xəlifə lazımınca
bunu yerinə yetirdi.
6. Məhəmməd ibni Səyreyn nəql etdiyi rəvayətdə deyir: Ömər
ibni Xəttab öldürüldüyü zaman hələ Quran bir yerə yığılmamışdı.
7. Həsən rəvayət edir ki, Ömər, Quran ayələrinin biri haqda sual
verdi. Cavabında ona deyilir: Bu ayə Yəmamə döyüşündə həlak
olmuş filan şəxsdə idi. Ömər, qarilər ölməklə Quranın zaman
keçdikcə unudularaq aradan getməsindən qorxub, həyacanlanaraq
Dostları ilə paylaş: