246
edərdi. Belə bir şəraitdə tərbiyə olunan müsəlmanlar, Quran
oxumağa və ayələrin əzbərlənməsinə xüsusi diqqət yetirirdilər.
Beləliklə, qısa bir müddət ərzində Quran hafizlərinin sayının artıb
çoxalması Quranın təlim və tədrisinin geniş vüsət almasına zəmin
yaratdı.
3. QURANIN ƏZBƏRLƏNMƏSİ
Quranın əzbərlənməsi müsəlmanlar tərəfindən daim rəğbətlə
qarşılanmış və bu işə böyük əhəmiyyət vermişlər. Tarixə nəzər
saldıqda, Quran hafizlərinin müsəlmanlar arasında böyük hörmət
və izzətə yiyələndiklərinin şahidi oluruq. Onlara hamı tərəfindən
ehtiram olunur və yiyələndikləri ilahi elmə böyük qiymət verirdilər.
Dostları ilə paylaş: