23
lam, mim»in bir hərf olduğunu deməyirəm. Bəlkə Əlif bir hərf, lam
iki hərf, mim isə üç hərfdir.”
Bir çox əhli-sünnət alimləri bu hədisi öz kitablarında nəql
etmişlər. Qurtəbini, Termizini, İbni
Məsudu onlara misal çəkmək
olar.
Mərhum Koleyni də öz kitabında bu məzmunda imam Sadiq (ə)-
dan hədis nəql etmişdir.
Əbu İsmət Fərəc ibni Əbi Məryəm Məruzi,
Məhəmməd ibni
Əkaşə Kermani və Əhməd ibni Abdullah Cuveybari Quran fəziləti
barəsində
böyük
saxtakarlıqlar
göstərmiş
hədis
dəccallarındandırlar.
Hətta Əbu İsmət özü bu həqiqəti etiraf etmişdir. Ondan
«Əkrəmənin müasiri olmadığın halda, onun Quranın bütün surələri
haqda İbni Abbasdan hədis söylədiyini haradan bilirsən?»
- deyə
soruşduqda belə cavab vermişdi: Camaatın Qurandan uzaqlaşıb
Əbu Hənifənin fiqhinə və Məhəmməd ibni İshaqın «Məğazi» adlı
kitabına üz tutduqlarını görüb, xalis niyyətlə özümdən bir neçə
hədis uydurub onların ixtiyarına qoydum ki, bəlkə müsəlmanlar bu
yolla Quran oxumağa meyl etsinlər.
Osman
ibni Səlah, Ubəy ibni Kəbin Peyğəmbər (s)-dan Quranın
fəziləti barəsində nəql etdiyi məşhur hədis haqda deyir:
«Bu hədis
ətrafında kifayət qədər araşdırmalar aparılmışdır. Əldə olunan
Dostları ilə paylaş: