«LƏTƏRKƏBUNNƏ SUNƏNƏ MƏN QƏBLƏKUM»
HƏDİSİNİ NƏQL EDƏN MƏNBƏLƏR
Bu hədis «Kənzul-ummal» ilə yanaşı, digər mötəbər mənbələrdə
də nəql olunmuşdur.
O cümlədən:
1. «Musnəd» (Əhməd ibni Hənbəl, Vaqedidən nəql edir, 5-ci cild,
218-ci səh) 3-cü cildin 14-cü səhifəsində isə Əbu Səid Xidridən nəql
edir.
2. «Etisam» (Buxari) Peyğəmbərin (s) buyurduqları fəsil, 8-ci cild
151-ci səh. Hədisi belə nəql edir: (ərə)
3. «Səhih Müslim» «Elm» (Müslim «Yəhudi və nəsranilərin adət-
ənənələrini davam etmək» fəsli, 8-ci cild 51-ci səh).
4. «Məcməuz-zəvayid» (Hisəmi) 7-ci cild, 261-ci səh. Hədisi İbni
Abbasdan nəql edir.
MÜƏLLİFİN BİR YƏHUDİ ALİMİ İLƏ APARDIĞI ELMİ
MÜBAHİSƏ
Mən,
yəhudi alimlərinin biri ilə «Yəhudi dininin dövranı arxada
qaldığı və hal-hazırda heç bir möcüzəyə malik olmadığı haqda»
275
fikir mübadiləsi apardığım zaman, ona belə bir sual verdim: Şəriət
(din) təkcə yəhudilərə aiddir, yoxsa bütün bəşəriyyətə? Əgər yalnız
yəhudilərə aiddirsə, onda digər millətlər peyğəmbərlərin
göndərilməsinə ehtiyac duyacaqlar və həmən peyğəmbər sizin
nəzərinizcə islam peyğəmbərindən (həzrət Məhəmməddən (s))
başqa kim ola bilər? Əgər Musa (ə)-ın gətirdiyi şəriət ümumbəşəri
və əbədidirsə, demək o, əbədiliyinə dəlalət edəcək dəlil və sübutlara
malik olmalıdır. Bir halda ki, hal-hazırda bunu sübuta yetirəcək heç
bir dəlil yoxdur. Çünki, Musa (ə)-ın göstərdiyi möcüzələr yalnız öz
dövrünə aid idi və hal-hazırda onun gətirdiyi dinin həqqaniyyətini
sabit edəcək möcüzələrdən heç bir əsər-əlamət qalmamışdır.
Əgər «Bu möcüzələr hal-hazırda mövcud olmasa da lakin, nəql
olunmuş bir çox mütəvatir rəvayətlərdə onların mövcud olduğu
açıq-aşkar bəyan edilmişdir.» desəniz, cavabında deyəcəyik: Əvvəla
möcüzə yalnız o zaman mütəvatir rəvayətlərlə sabit ola bilər ki,
nəql edən ravilərin sayı camaat tərəfindən mötəbərliyini isbat
edəcək miqdara çatmış olsun. Siz belə mütəvatir rəvayətlərlə Musa
(ə)-ın möcüzələrini bütün əsrlərdə və bütün millətlər üçün sabit edə
bilməzsiniz.
Digər tərəfdən isə, əgər yalnız möcüzələrin nəql olunması har
hansı bir həqiqəti isbat etməyə kifayət edərsə, bunu təkcə Musa (ə)-
ın möcüzələrinə aid etmək olmaz. Belə ki, siz Musa (ə)-ın
möcüzələrini nəql etdiyiniz halda, məsihilər İsa (ə)-ın möcüzələrini,
müsəlmanlar da öz peyğəmbərlərinin möcüzələrini nəql edəcəklər.
Möcüzələr haqda nəql olunmuş bu rəvayətlər arasında nə kimi fərq
var? Demək, başqalarının öz peyğəmbərlərinin möcüzələri haqda
nəql etdikləri rəvayətlər yox, təkcə sizin Musa (ə)-ın möcüzələri
haqda nəql etdiyiniz rəvayətlər qəbul olunur?! Əgər hər hansı bir
peyğəmbərin göstərdiyi möcüzələr onun həqqaniyyətini sübuta
yetirirsə, bəs nə üçün siz, digər peyğəmbərlərin möcüzələri haqda
nəql olunmuş rəvayətləri qəbul etmirsiniz?
Cavabında dedi:
Yəhudilərin, Musa (ə)-ın möcüzələri haqda nəql
etdikləri rəvayətləri həm məsihilər, həm də müsəlmanlar təsdiq edir
və onların mötəbərliyini etiraf edirlər. Lakin, digər peyğəmbərlərin
möcüzələri isə hamı tərəfindən qəbul olunmayır. Bu səbəbdən də
276
onların həqqaniyyətini isbat etmək üçün digər dəlillərə ehtiyac
vardır.
Dostları ilə paylaş: |