1. Quranın zahiri ayələri;
9
2. Quranın hamıya bəlli olan açıq-aşkar ayələri;
3. Sənəd baxımından mötəbər olan mütəvatir hədis və rəvayətlər;
4. Əhli-beyt (ə) tərəfindən nəql olunmuş hədislər;
5. Sağlam fitri əql. Çünki əql xarici və batini dəlil hesab olunur.
Belə ki, Peyğəmbər (s) və onun pak Əhli-beyti bizim üçün zahiri
(xarici) dəlil hesab olunur.
b) Adətən təfsir etmək istədiyimiz ayəni digər ayələrin məfhumu
ilə izah etməyə çalışacağıq. Bir sözlə, Quranı dərk etmək üçün ilk
növbədə onun özündən istifadə etmişik və eyni zamanda təfsir
etdiyimiz ayələrə dəlalət edən hədis və rəvayətlərdən də sübut və
dəlil kimi istifadə etmişik.
* * *
Müqəddimədə təfsirin özü ilə bilavasitə bağlı olan mətləblərə
işarə edilmişdir. Bu məlumatlar, təfsir elmində hələ toxunulmayan
məsələlərin açılmasında və müfəssirin təfsir sahəsində istifadə
etdiyi üsullardan agah olmasında xeyirli ola bilər. Biz bu kimi
məsələləri təfsirə başlamazdan əvvəl araşdırır və adını «Quran
təfsirinə giriş» qoyuruq.
Burada Quranın ecazı, dəyişikliyə yol verilməməzliyi, əbədi
olaraq vahid formada qalaraq qorunacağı və bu kimi mətləblər
ətraflı izah edilmişdir. Bu kitabı yazıb başa çatdırmaqda Allah-
taaladan müvəffəqiyyət arzulayıram və həmçinin Ondan bu kiçik
işimizi Qurana xidmət kimi qəbul etməsini diləyirəm.
10
BİRİNCİ FƏSİL
QURANIN ƏZƏMƏTİ QARŞISINDA
1. Quran — Quran və hədis baxımından;
2. Quran ayələrinin fəziləti və oxunma qaydaları;
3. Quran tilavətinin fəziləti haqqında uydurulmuş hədislər;
4. Quran [ayələrinin] mənalarında diqqət və təfəkkür.
|