MüƏLLİFDƏN



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə24/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   20   21   22   23   24   25   26   27   ...   182
EL-BEYAN 1 Cİ CİLD

QURAN İLAHİ MÖCÜZƏDİR 
İslam və Quran tarixindən məlumatı olan hər bir insan bu 
həqiqəti tərəddüd etmədən qəbul edir. Həzrət Məhəmməd (s) 
bəşəriyyəti Quranla birliyə, qardaşlığa çağırır. Müxalif olanların 
etirazlarının qarşısında Quran ayələrinə istinad edir və bunun bəşər 
kəlamı olduğunu iddia edənlərə Quran ayələrinə oxşar bir ayə 
gətirmələrini tələb edirdi. O, deyərdi: 
Əgər dedikləriniz düzdürsə 
Qurana oxşar bir kitab gətirin, gətirərsinizsə mən öhdəmə düşən 
vəzifədən əl çəkəcəyəm. Bununla da o, həm Allahın yer üzündəki 
höccətini, həm də öz peyğəmbərliyinin həqqaniyyətini sübuta 
yetirmiş olurdu. 


38 
O, iddiaçıların uğursuzluqlarını görüb Qurana oxşar on ayə 
gətirmələrini 
təklif 
etdi. 
Bunun 
da 
öhdəsindən 
gələ 
bilməyəcəklərini görüb, yalnız bir ayə gətirmələrini istədi. 
Bu mübarizə əsrlər boyu davam etmiş və qiyamət gününədək 
davam edəcəkdir. 
İlk baxışda şer və ədəbiyyatın, fəsahət və bəlağət elmlərinin 
dərinliklərinə yol tapan ərəblər üçün Qurana oxşar ikinci bir kitabın 
tərtib olunması heç də çətin bir iş deyildi. Onlar belə bir kitab 
yazmaqla həm öz adlarını əbədi olaraq tarixə zəbt edər, həm də 
ərəb millətini gələcək sarsıntı və çətinliklərdən xilas edə bilərdi. 
Amma fəsahətli ərəblər Quran ayələrini tilavət etdikləri ilk 
gündən onun ilahi möcüzə olduğunu dərk etdilər. Onlar artıq başa 
düşürdülər ki, Quranla mübarizə aparmaq yalnız onların 
məğlubiyyəti və rüsvayçılığı ilə nəticələnə bilər. Bu səbəbdən də 
Quranın əzəmətinin qarşısında aciz olduqlarını etiraf etdilər. 
Beləliklə onlardan bəziləri İslamı qəbul edərək Məhəmməd (s)-a 
iman gətirdi, bəziləri isə inadkarlıq edərək mübarizəni qılınc-qalxan 
ilə davam etdirməyi hər şeydən üstün tutdular. 
Fəsahətli ərəblərin Quranı ilahi möcüzə kimi qəbul etmələri və 
onun qarşısında özlərinin aciz olduqlarını etiraf etmələri, Quranın 
bir daha ilahi vəhy olduğunu sübuta yetirir. 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin