«Onlar Quran barəsində [onun Allah kəlamı olması haqda]
düşünməzlərmi?
Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə onda çoxlu
ziddiyyət [ixtilaf, uğursuzluq] tapardılar.»
Bu mübarək ayə insanı daxili və fitri mətləblərə dəvət edir. O da
bundan ibarətdir ki, insan irəli sürdüyü iddia və söylədiyi
ifadələrdə yalan və iftiraya əsaslanarsa, gec-tez söylədiyi ifadələrdə
ziddiyyət və nöqsan yaranacaqdır. Lakin biz, Quranda bu kimi
çatışmamazlıqlarla qarşılaşmırıq.
Quranın nöqsan və çatışmamazlığını sübuta yetirmək üçün heç
bir təsdiq və dəlilə ehtiyac duyulmayır. Bu həqiqəti hətta, o dövrün
cahil ərəbləri də dərk edirdi. Fəsahət və bəlağət alimləri, görkəmli
şer ustaları, ədəbiyyatşünaslar dəfələrlə bu mətləbə toxunmuş,
Quranın əbədi və ilahi möcüzə olduğunu etiraf etmişlər.
Bir anlıq Vəlid ibni Müğeyrənin söylədiklərinə diqqət yetirin.
Əbu Cəhl ondan Quran barəsində öz nəzərini bildirməsini
istədikdə, bu sözləri demişdir:
«Mən Quran barəsində nə deyə bilərəm? And olsun Allaha!
Sizlərdən, məndən çox ərəb şer və qəsidələrini bilən yoxdur. Şerin
sirlərində, fəsahət və bəlağət elminin dərinliklərində, rəcəz
şerlərində məndən bilikliniz yoxdur. Mən şerin bütün növlərinə,
hətta cinlərin şerlərindən belə agaham. Amma and olsun Allaha!
Məhəmmədin söylədikləri bunların heç birinə bənzəməyir. Bəli!
Məhəmmədin söylədiklərində özünəməxsus şirinlik vardır. Onun
söylədiklərindən daha şirin və daha mənalı bir şey söyləmək
mümkün deyildir. Məhəmmədin hər bir sözü, hər sözdən daha
üstün və təsəvvür olunmazdır.
Əbu Cəhl dedi: And olsun Allaha! Əgər onun əleyhinə bir söz
deməsən, qəbilə üzvləri səndən razı qalmayacaqdır.
56
Vəlid dedi: Elə isə bir qədər səbr edin, bir şey fikirləşim. Bir
qədər
fikirləşdikdən
sonra
dedi:
Quran,
Məhəmmədin
sehrkarlardan öyrəndiyi sehrdir.»
(Təfsir Təbəri, 29/98).
Başqa bir yerdə Vəlidin verdiyi cavab bir qədər fərqli olaraq nəql
olunur: «And olsun Allaha! Məhəmmədin söylədikləri nə insan
sözüdür, nə də cin. Dediyi sözlərin özünəməxsus şirinliyi vardır.
Kimsə bu vaxta qədər bu sözləri deməmiş və deməyə də qadir
deyildir. İstifadə etdiyi hər bir ifadə də yenilik və cazibəlik hiss
olunur.»
Əgər səmavi kitab adlanan tövrat və incili diqqətlə araşdırsanız,
haqq və batili olduğu kimi dərk edib həqiqətə nail olacaqsınız.
İndi isə incildəki bir neçə ziddiyyətli ayələrə diqqət yetirin:
1. Lukanın incilində deyilir:
Məsih (ə) dedi:
«Mənimlə olmayanlar mənə müxalif olanlardır.»
(Mətta. 12-ci fəsil.
Luka 11-ci fəsil).
Amma başqa bir yerdə yenə də incildə oxuyuruq: «Bizimlə
müxalif olmayanlar bizimlədirlər.»
(Markos və Luka. 9-cu fəsil).
2. İncildə deyilir: «Məsih (ə)-ı saleh müəllim adlandırdıqda etiraz
edərək dedi: Saleh?! Allahdan başqa kimsə saleh deyildir.»
(Mətta. 19-
cu fəsil. Markos 10-cu fəsil).
Amma başqa bir yerdə bunun tam əksilə rastlaşırıq. «Mənəm
saleh gözətçi. Sonra dedi: Saleh gözətçi mən özüməm.»
(Yuhənna 10-
cu fəsil).
3. Məttanın İncilində deyilir:
«Həzrət Məsih ilə dar ağacına asılan oğruların hər ikisi onu
danlayır, təhqiramiz sözlər deyirdilər.»
(Mətta. 27-ci fəsil).
Başqa bir incildə isə bunun tam əksi deyilir: «Oğrulardan biri
Məsihə dedi: Əgər həqiqətən Məsihsənsə (Allah peyğəmbərisənsə)
həm özünü, həm də bizi bu bəladan qurtar. Başqa birisi dedi:
Məsihi danlamaqla Allahın əzabından qorxmursanmı.»
(Luka 5-ci
fəsil).
4. Yuhənnanın İncilində deyilir:
«Əgər mən öz xeyrimə şəhadət verirəmsə, şəhadətim heç də
düzgün olmayacaqdır.»
(Yuhənna 5-ci fəsil).
57
Amma həmən incildə başqa bir fəsildə deyilir:
«İsa dedi: Əgər mən şəhadət verərəmsə, şəhadətim tamamilə
düzgün olacaqdır.»
(Yuhənna 8-ci fəsil).
Bunlar həcm baxımından bir o qədər də böyük olmayan incildən,
bir-biri ilə fərqli və ziddiyyətli nümunələr idi. Amma nə qədər az
olsa da, həqiqətsevər insanlara həqiqəti bilmək üçün kifayət qədər
dəlil və sübut ola bilər.
|