MüƏLLİFDƏN


QURANDA DƏYİŞİLMƏZ HƏQİQƏTLƏR



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə42/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   38   39   40   41   42   43   44   45   ...   182
EL-BEYAN 1 Cİ CİLD

QURANDA DƏYİŞİLMƏZ HƏQİQƏTLƏR 
Qurani-kərimin ayələrində bir çox mətləblərə toxunulmuş, 
bəziləri haqda ötəri məlumat, bəziləri haqda isə ətraflı izahlar 
verilmişdir. Bəzən, olduqca böyük əhəmiyyət kəsb edən 
Allahtanıma, təfəkkür, yaradılış, qiyamət, metafizika aləmi, ruh, 
mələklər, cin, Şeytan, qalaktika, keçmiş peyğəmbərlərin və onların 
davamçılarının tarixi haqda söhbət açılmış və nəsihətamiz məsəllər 
çəkilmişdir. Bütün bunlarla yanaşı, bəzən ailə hüquqları, döyüş, 
ölkə idarəetmə, ictimai-sosial qanunlarına da toxunulur. Eyni 


67 
zamanda siyasət, ictimai əlaqələr, iqtisadiyyat, evlənmə və s. 
məsələlərə də toxunaraq bəşəriyyətə ədalətli üsul və qanunlar təklif 
edir. 
Bütün bunlar bəşəriyyətin ixtiyarına qoyulmuş ən kamil, nöqsan 
və çatışmamazlıqlara yol verilməyən ilahi qanunlar silsiləsidir. 
Demək, insanlar belə bir qanunlar silsiləsini tərtib etməkdə, 
sadəcə olaraq acizdir. Xüsusilə yarımvəhşi və cahil bir cəmiyyətdə 
bunun həyata keçməsi qeyri-mümkündür. 
Bir anlığa nəzəri elmlər haqda yazılmış əsərlərə nəzər salaq. Bu 
sahədə bir çox alimlər minlərlə məqalə və əsərlər yazıb-yaratmışlar. 
Amma çox keçmədən onların hər birində nəzərə çarpacaq dərəcədə 
nöqsan və çatışmamazlıqlar müşahidə olunmuşdur. Çünki, nəzəri 
elmlər ətrafında nə qədər araşdırmalar aparılarsa, bir o qədər 
çatışmamazlıq və boşluqlarla qarşılaşmaq olar. Həqiqət, bəhs və 
araşdırmaların səmərəsidir. 
İstər keçmiş nəsillərdən gəlib çatmış həll olunmayan elmi əsərlər, 
istərsə də keçmişdə yazılmış fəlsəfi kitablar, sonrakı nəsillər 
tərəfindən oxunub nəql edilmişdir. Belə ki, bir çox hallarda, keçmiş 
alimlərə müxtəlif dəlillər yolu ilə sabit olmuş böyük əhəmiyyət kəsb 
edən məsələlər, sonralar daha ətraflı araşdırılmışdır. Amma yüz 
illərin keçməsinə baxmayaraq, Quran ayələri ətrafında yüzlərlə 
təhqiqatlar aparılmış lakin, ilahi qanunlara kiçicik də olsa nöqsan və 
iradlar tutulmamışdır. Əgər bu barədə nə isə yazılmışsa da, çox 
keçmədən tutarlı dəlillərlə batil olunmuşdur. Bu barədə gələcək 
fəsillərdə ətraflı səhbət açacağıq. 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin