82
Yox əgər «Sərfə» nəzəriyyəsindən məqsəd, bəşəriyyətin Quran
kimi ikinci bir kitab tərtib etməyə qadir olması, lakin Allah-taalanın
bu işdə onlara maneçilik törətməsi olsa, belə bir fərziyyənin batil
olduğu asanlıqla hamıya bəlli olar. Çünki, bir çoxları Quranla
mübarizə meydanına çıxmış və bu yolda heç kim onların qarşısını
maneə ilə almamışdır. Onlar bütün səy və cəhdlərindən istifadə
etmiş, lakin son mərhələdə Quranın fəsahət və bəlağətinin
qarşısında aciz olduqlarını etiraf etmişlər.
2. Əgər Quranın ecazı «Sərfə» ilə bağlı olsaydı, yəni Allah-taala
Quranı nazil etdikdən sonra insanları onunla mübarizə etməkdən
məhrum etsəydi, onda heç olmasa Quran nazil olmazdan əvvəl
yaşamış söz ustalarının əsərlərində Quranda istifadə olunan
ifadələrlə qarşılaşardıq. Əgər belə bir şey olsaydı, Quran müxalifləri
öz mübarizə üsullarında bundan səmərəli istifadə edər və onu öz
davamçılarına irs qoyardılar. Belə bir ifadələrdən istifadə
olunmadığı üçün məlum olur ki, Quranın ecazı yalnız onun özünə
aiddir və onunla mübarizə aparmaq sadəcə olaraq bəşəriyyət üçün
qeyri-mümkün bir işdir.
Dostları ilə paylaş: