86
görəcəyi əksər işlərin bir sıra başlanğıc və müqəddiməsi onun
ixtiyarından xaricdir.
Məsələn, insanın görəcəyi işlərə səbəb olan müqəddimələrdən
biri də onun özünün mövcud olmasıdır. Həyatı, onu əhatə edən
varlıqları dərk etməsi, görmək istədiyi işlərə qarşı rəğbət
bəsləməsini buna misal vurmaq olar. Diqqət yetirilsə məlum olar ki,
insanın görəcəyi işlərin özünü onun öz istəyi ilə,
həmin işlərin
müqəddiməsini
isə
Allah-taalanın
istək
və
iradəsi
ilə
əlaqələndirmək olar.
2. Fəlsəfədə sübuta yetirilmişdir ki, aləmdə mövcud olan
varlıqları yaradan Xaliq, onları yaratdıqdan sonra heç bir məxluqu
öz ixtiyarına buraxmaz və onların idarəçiliyində bir an da olsa belə,
qəflət etməz. Məxluqat yaranışda Xaliqə ehtiyaclı olduğu kimi,
idarəçilik və həyatı davam etdirməkdə də qırılmaz şəkildə Ona
bağlıdır. Demək, aləmdə mövcud olan varlıqlardan heç biri Allahın
istək və iradəsi olmadan bir an olsun belə, davam gətirə bilməz.
Yaradan ilə yaradılmışlar arasında olan bağlılığı, bənna ilə onun
tikdiyi bina arasında olan rabitəyə oxşada bilmərik. Binanın tikilişi
bənnadan asılı olsa da, tikildikdən sonra bənnanın olub-olmaması
həmin bina üçün heç bir əhəmiyyət kəsb etmir. Biz bu misalı şairlə
onun yazdığı şerə də bənzədə bilərik. Belə ki, həmin şer üçün şairin
yaşayıb-yaşamamasının heç bir fərqi yoxdur.
Yaradanla yaradılmışlar arasında olan rabitəyə, işıqla işıq
mənbəyi arasında olan rabitəni misal çəkə bilərik. Belə ki, lampa öz
ətrafını işıqlandırmaq üçün ilk növbədə elektrik mənbəyindən
kifayət qədər enerji almalıdır. Bu proses qırılmaz
şəkildə həyata
keçməli və bir an olsun belə, elektrik lampası və enerji mənbəyi
arasında olan əlaqə kəsilməməlidir. Ani olaraq bu rabitənin
kəsilməsi ilə ətrafa qaranlıq çökəcəkdir.
Elektrik lampasının öz nur və hərarətini qoruyub saxlaması üçün
onun enerji mənbəyi ilə qırılmaz rabitəsi tələb olunduğu kimi,
aləmdə mövcud olan bütün varlıqların da öz həyatlarını davam
etdirməsi üçün yaradıcı qüvvəyə, hər şeyə həyat verən, elmi,
qüdrəti hər şeyi əhatə edən mütləq bir varlığa ehtiyacları vardır.
87
Bu ehtiyac hissi varlıqların yaradıldıqları
ilk gündən mövcud
olacağı son ana qədər davam edir. Onun rəhməti hər şeyi əhatə edir
və yaratdığı varlıqları bir an olsun belə nəzərindən qaçırmayır.
Xaliq ilə məxluqat arasında olan rabitə labüd və qırılmazdır. Bu
rabitənin bir anlıq kəsilməsi həyat çırağının sönərək aləmin zülmətə
qərq olması ilə bərabərdir.
Demək, insanın gördüyü işlər ya cəbridir (icbari), ya da ixtiyari
(azad). O, bu iki ünsürün hər birindən istifadə edir. Belə ki, o, öz
güc və qüvvəsindən istifadə etməklə görəcəyi və tərk edəcəyi
işlərdə azad olsa da, ixtiyarında olan qüdrət və istedadlardan
istifadə etməkdə öz Xaliqinə tamamilə möhtacdır. Belə bir nəticəyə
gəlirik ki, insan gördüyü işlərdə müəyyən qədər azad olsa da, bəzi
səbəblərə görə Allahdan asılıdır.
Quran da bizə bu həqiqəti başa salmaq istəyir ki, insan azad
varlıq olsa da, görəcəyi işlər Allahın istək və iradəsindən asılıdır.
Kəlam alimləri bu məsələni dini termin olaraq «Əmrun
beynə
əmreyn» adlandırmışlar. Vahid məktəb halını almış belə bir
təfəkkür tərzi daha da formalaşaraq «cəbr» (yəni, insan bütün işləri
ixtiyarsız və məcburi olaraq həyata keçirir) və «təfviz» (yəni, insan
özünü tam ixtiyar sahibi bilərək bütün işlərini öz istək və iradəsi ilə
həyata keçirir) adlanan iki ziddiyyətli nəzəriyyəni batil etmişdir.
Mətləbi daha da aydınlaşdırmaq üçün bu barədə sadə bir misal
çəkməyi daha məqsədə uyğun görürük.
Bir anlıq əlini tərpədə bilməyən əlil bir şəxsi gözləriniz önünə
gətirin. Əlini hərəkətə gətirə bilmədiyi üçün onu müalicə edən
həkim kiçik elektrik cihazının vasitəsilə cərəyan yaratmaq və onun
qolunu hərəkətə gətirməklə bəzi işləri görməkdə ona köməklik edir.
O, elektrik cərəyanını kəsdikdə, əlil yenə də hərəkətsiz qalır. Sonra
elektrik cərəyanını yaratmasını onun öz ixtiyarına qoyur və
beləliklə də o, xəstənin əlini hərəkətə gətirməsində heç bir rol
oynamır.
Bundan belə o, bizim nəzərimizdə elektrik cihazını ixtira
edən adi bir şəxs kimi olacaqdır. Xəstənin öz əlini hərəkətə
gətirməsini də, qeyd etdiyimiz kimi «Əmrun beynə əmreyn»
prinsipi əsasında qəbul edəcəyik. Çünki, xəstənin əlini hərəkətə
gətirib-gətirməməsi öz ixtiyarındadır və kimsə onu bu işə vadar
88
etmir. Lakin unutmaq olmaz ki, o bu işi öz ixtiyarı ilə həyata keçirsə
də, elektrik cihazının cərəyana qoşulub oradan ayrılması onu
müalicə edən həkimin ixtiyarındadır. Demək, xəstənin əlini
hərəkətə gətirməsində nə həkim, nə də xəstə tam ixtiyara malikdir.
Bu səbəbdən də kəlam alimləri insanın gördüyü işləri nə cəbr və
nə də təfviz adlandırırlar. Onların fikrincə insan görmək istədiyi
işləri öz
iradəsi ilə həyata keçirsə də, Allahın istək və iradəsi də
buna təsir göstərir və nəzərdə tutulan işlərin həyata keçməsi üçün
lazımı şərtlər tələb olunur. Quranda rast gəldiyimiz bir çox ayələr
bu mətləbə dəlalət edir. Burada insanın tam ixtiyar sahibi olması ilə
yanaşı, Allahın da istək və iradəsinin təsirli olması açıq-aşkar bəyan
olunur. Bu mətləbə Əhli-beytdən (ə) nəql olunmuş hədislərdə də
rast gəlmək olar.
Hədislərdən birində deyilir:
Dostları ilə paylaş: