93
nəfərin, yığılmış nüsxələrə və ya oxunan ayələrin düzlüyünə
şəhadət verməsi tamamilə məqsədəuyğun bir haldır.
3. Səhabələrdən ikisinin məsciddə bir şahid kimi
iştirak etmələri
haqda nəql olunmuş rəvayətə gəldikdə isə, onun mötəbərliyinə bir
o qədər də istinad etmək olmaz. Çünki, rəvayət mütəvatir hədislər
silsiləsinə daxil deyildir.
4. Rəvayətin məzmunu bu haqda nəql olunmuş digər
rəvayətlərlə ziddiyyət təşkil edir. Belə ki, Quran Əbu Bəkrin xilafəti
dövründə deyil, Peyğəmbər (s) hələ sağ olarkən bir yerə yığılmışdır.
Gələcək fəsillərdə bu mətləbi təsdiq edəcək digər hədis və
rəvayətlərə işarə edəcəyik. O ki qaldı
Quran hafizlərinə, hələ
Peyğəmbərin (s) zamanında onların sayı yüzlərlə, bəlkə də minlərlə
idi. Belə olduğu bir halda səhabələrdən yalnız ikisinin Quran
nüsxələrinə və tilavətinə etdikləri nəzarət bir o qədər də düzgün
olmazdı.
Qaranlıq cəhalət rejimindən yaxa qurtarmış
müsəlmanlar gecə-
gündüz Quranı tilavət edir və onu zehnlərinə həkk edirdilər. Quran
hafizlərinin bol olduğu bir şəraitdə belə bir məsuliyyətli işin yalnız
iki nəfərə tapşırılması bir o qədər də inandırıcı olmazdı.
Dostları ilə paylaş: