MüƏLLİFDƏN



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə61/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   57   58   59   60   61   62   63   64   ...   182
EL-BEYAN 1 Cİ CİLD

QURANLA MÜBARİZƏ 
9-cu irad: 
«Husnul iycaz» kitabının müəllifi deyir: Quranda istifadə olunan 
oxşar ifadələrin yerini dəyişdirməklə, Quran kimi ikinci bir kitab 
yazmaq heç də çətin deyildir. O, öz iddiasını isbat etmək üçün 
Quranın müxtəlif yerlərindən cümlələr toplamış və bununla da 


95 
fəsahət və bəlağət elmlərinə dair olan məlumat səviyyəsinin hansı 
dərəcədə olduğunu çatdırmaq istəmişdir. 
Cavab: 
Bir qədər sonra müəllifin Quranla mübarizə tədbirində istifadə 
etdiyi ifadələrə və onun zəif nöqtələrinə işarə edəcəyik. Biz 
«Nəfəhətul ecaz» adlı kitabda bu haqda ətraflı söhbət açmışıq. 
FATİHƏ SURƏSİ İLƏ MÜBARİZƏ 
Bu xəyalpərəst insan elə güman edir ki, ağlına gəldiyi bu qısa 
ifadələr Fatihə surəsindən qısa olmaqla yanaşı, onun əhatə etdiyi 
bütün mətləblərə də şamil olur: 
«Şükr olsun bağışlayan Rəhmana [O Allah ki] varlıqların sahibi 
və pərvərdigarıdır, [O Allah ki] mükafat verəndir. İbadət sənin 
üçün, kömək də səndəndir. Bizi iman yoluna hidayət et!» 
Dərin mənalı Quran ayələrini, heç bir məna kəsb etməyən qısa 
ifadələrdən ayıra bilməyən yazıçıya təəccüb edirik?! 
Yaxşı olardı ki, yazıçı hər şeydən əvvəl öz yazılarını ərəb 
ədəbiyyatı ilə tanışlığı olan məsihi alimlərinə təqdim edəydi və 
özünü bu dərəcədə rüsvay etməyəydi. 
O, bilməli idi ki, mübarizə məqsədilə hər hansı bir mətnə qarşı 
istifadə etdiyi ifadələr məna və heca baxımından bir-birindən fərqli 
və ziddiyyətli olmamalıdır. 
Mübarizə dedikdə, heç də belə təsəvvür etmək lazım deyil ki, 
müxalif mövqe tutmuş şəxs mətndə istifadə olunmuş ifadələrin 
yerini dəyişib onu bir qədər fərqli ifadələrlə bəyan etmiş olsun. 
Əgər mübarizə bu qədər asan olsaydı, Peyğəmbərlə (s) mübarizə 
aparan Məkkə müşrikləri belə bir əlverişli üsuldan istifadə edər və 
asanlıqla öz məqsədlərinə nail olardılar. Lakin onlar ədəbi mübarizə 
üsulunun nə olduğunu çox gözəl dərk edir və bu səbəbdən də 
Quranla mübarizə aparmağa cəsarət etmirdilər. 
Onlardan bəziləri həqiqəti yəni, Quranın ilahi möcüzə olduğunu 
dərk edib iman gətirdi. Qəlbləri daşdan da möhkəm olan inadkar və 
cahil kəslər isə Quranı sehr və cadu adlandıraraq dedilər: 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin