MüƏLLİFDƏN



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə64/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   60   61   62   63   64   65   66   67   ...   182
EL-BEYAN 1 Cİ CİLD

«Bizi doğru yola yönəlt» 
Ayədən məqsəd budur ki, insan ibadət zamanı Allahdan onu 
haqq yola, doğru yola yönəltməyini diləsin. Bu yol onu saf əqidəyə, 
xeyirli işlərə və bir sözlə bütün insani dəyərlərlə hidayət etmiş 
olsun. 
Göründüyü kimi ayə bir neçə mühüm mətləbə toxunur. 
(İhdinas-siratəl iman) 


98 
«Bizi iman yoluna hidayət et.» 
Qeyd olunan 
ifadədən bu mənalardan heç birini əldə etmirik. 
Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, yuxarıdakı ifadə 
yalnız haqq yola hidayət prinsipini izlədiyi üçün bir o qədər də 
əhəmiyyət kəsb etmir. Lakin iman yolunun doğru yol olduğuna və 
bu yolun yolçularının heç vaxt haqq yoldan sapınmayacaqlarına heç 
bir işarə edilməmişdir. 
Yazıçı özünün naqis və əsassız iradları ilə bu ayəyə qədər 
kifayətlənmiş və surənin ardını heç bir ifadələrlə əvəz etməmişdir. 
Bu isə bir daha bu həqiqəti sübuta yetirir ki, yazıçı surənin məna və 
məfhumunu dərk etmişdir. Çünki, surənin ardı, yəni 
«Nemət 
verdiyin kəslərin yoluna! Qəzəbə düçar olanların və [haqdan] 
azanların yoluna yox!»
6-7-ci ayələr doğru yolun mövcud olduğuna dəlalət edir. Allahın 
razılığını qazananlar bu yolun yolçuları və ilahi nemətlərlə 
mükafatlandırılan şəxslərdir. Bu yol peyğəmbərlərin, şəhidlərin və 
əməli-saleh insanların yoludur. Allahın qəzəbinə düçar olan kəslər 
isə haqq yoldan azan və inadkarlıq üzündən həqiqətdən üz 
çevirənlərdir. Cəhalət və nadanlıq onları zəlalətə doğru sürüklədiyi 
üçün, həqiqəti axtarmaq əvəzinə ata-babalarının getdikləri yolu 
davam etdirmiş və kor-koranə təqlidi hər şeydən üstün tutmuşdur. 
Ayələri diqqətlə oxuyub işarə olunan mühüm mətləblərə diqqət 
yetirən hər bir şəxs bir çox həyati və əxlaqi məsələlərlə qarşılaşmış 
olur. Belə ki, yaxşını pisdən ayıra bilən hər bir adi insan bu 
ayələrdən ibrət dərsi almalı, peyğəmbərləri və əməli-saleh 
insanların tutduqları yolu davam etdirməlidir. İndi özünüz deyin, 
dərin mənalı və hikmətli ilahi kəlamları kənara qoyub hansısa 
xəyalpərəst yazıçının uydurduğu əsassız ifadələrə etimad etmək 
olarmı? 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin