99
Bu iddianı biz bir neçə səbəblərə görə batil və əsassız hesab edə
bilərik.
1. Göründüyü kimi, yazıçı Qurandakı
oxşar ifadələrdən istifadə
etmiş və heç nədən çəkinmədən bunun adını mübarizə qoymuşdur.
2. Qoşduğu ifadələrdən belə məlum olur ki, bu onun öz sözləri
deyil, sadəcə olaraq peyğəmbərlik iddiası
etmiş Musəyləmə
Kəzzabın uydurduğu ifadələrdir. O, bu surəni belə ifadə edir:
«Biz sənə [insan] kütlələr bəxş etdik. Sən də namaz qıl və
mühacirət et. [Və bil ki,] düşmənin kafir bir kəsdir.»
3. Təəccüb doğuran burasıdır ki, o, iki kəlmənin qafiyə
baxımından bir-birinə oxşar olmasını fəsahət və bəlağət elmlərində
də bu qayda üzərində olacağını güman etmişdir. Bir halda ki,
fəsahət qanunlarının ilk şərtlərindən biri kəlmələr arasında
uyğunluq və rabitənin olmasıdır. Yazıçının
ifadələrində isə biz
bunların heç birini müşahidə etmirik.
4. Buradan belə bir sual meydana gəlir. Görəsən hansı səbəblər
üzündən yazıçı «cəvahir» kəlməsini müəyyənlik əlaməti olan «əlif-
lam» ilə qeyd etmişdir.
Əgər müəyyən cəvahiri nəzərdə tutursa,
belə olduqda heç bir
müəyyənlik şəkilçisindən istifadə etməyə ehtiyac duyulmur. Əgər
dünyada mövcud olan bütün cəvahiratı nəzərdə tutursa – belə ki,
«əlif və lam» hərfləri ismin müəyyənlik formasının cəm halına
dəlalət edir – bunu da həqiqi olaraq qəbul edə bilmərik. Çünki,
dünyada mövcud olan ləl-cəvahiratın yalnız bir nəfərə verilməsi
qeyri-mümkündür.
5. Burada başqa bir sual meydana gəlir. O da bundan ibarətdir ki,
görəsən birinci cümlə ilə «Vəla tətəmidu qovlə sahir – sehirbaz və
cadugərlərin söylədiklərinə etina etməyin» cümləsi arasında nə
kimi rabitə vardır? Cadugər dedikdə kimləri nəzərdə tutur?
«Söylədiklərinə etina etmə» dedikdə hansı sözləri nəzərdə tutur?
Əgər o hər hansı bir cadugəri və
onun söylədiklərini nəzərdə
tutursa onda, mətləbin daha da açılması və onun söylədiklərinin
nədən ibarət olduğunu sübuta yetirmək üçün müəyyən dəlil və
sübutlar gətirməlidir. Yox
əgər müəyyən şəxsi və onun
söylədiklərini nəzərdə tutmayırsa – belə ki, hər iki ifadə, yəni həm
100
«qovl» – söyləmək, həm də «sahir» – sehirkar qeyri-müəyyənlik və
inkar formasında işlənilmiş və ümumiyyət xarakteri daşıyır. Belə
olduqda bu mənanı daşıyacaqdır: Heç bir sehirbaz və cadugərin
söylədiyi sözlərə etina etməyin. Lakin biz,
cümləni bu mənada
qəbul edə bilmərik. Çünki bizim, sehirkarların hətta adi məsələlərdə
belə söylədiklərinə etina etməyimizə heç bir əqli dəlilimiz yoxdur.
Əgər buradan məqsəd sehirkar və cadugərlər olarsa, yenə də biz
bunu həqiqət kimi qəbul edə bilmərik. Çünki, cadugərlərin işi
sehramiz
ifadələr söyləmək deyil, özünəməxsus hiylə və
məkrlərdən istifadə edərək müəmmalı işlər göstərməkdir.
6. Kovsər surəsi Peyğəmbəri (s) istehza edən şəxs barəsində nazil
olmuşdur. O, Peyğəmbər (s) haqda bu sözləri deyirdi: Məhəmməd
övladı olmayan sonsuz bir insandır (övladı olmayan deyildikdə
oğlan uşağı nəzərdə tutulur). Tezliklə
öləcək və gətirdiyi din
unudularaq aradan gedəcəkdir.
Tur surəsinin 30-cu ayəsində bu haqda deyilir:
Dostları ilə paylaş: