MüƏLLİFDƏN



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə76/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   72   73   74   75   76   77   78   79   ...   182
EL-BEYAN 1 Cİ CİLD

1. Göylərin yerə 
enməsi; 
Göy cisimlərinin parçalanaraq yerə tökülməsi qeyri-mümkün 
olan bir işdir. Çünki göy cisimlərinin parçalanaraq yer kürəsinə 
tökülməsi, yer əhalisinin hamılıqla məhvinə səbəb ola bilərdi. 
Belə bir hadisə isə yalnız dünyanın sonunda yəni, qiyamət 
günündə 
baş 
verəcəkdir. 
Allah-taala 
bu 
hadisəni 
öz 
peyğəmbərlərinə qabaqcadan xəbər vermişdi. Belə ki, ayədə 
gətirilmiş «düşündüyü kimi» ifadəsi də Peyğəmbəri (s) baş verəcək 
bu böyük hadisədən xəbərdar edirdi. Qurani-kərimdə bu mətləbə 
dəfələrlə toxunulmuş və bu haqda bəşəriyyətə ciddi xəbərdarlıq 
edilmişdir. 


114 
«Göy yarıldığı zaman.» (İnşiqaq-1). 
«Göy parçalandığı zaman.» (İnfitar-1). 
«Əgər istəsək onları yerə batırar, yaxud göyün bir parçasını onların 
başına endirərik.» (Səba-9). 
Göylərin parçalanmasının və ya yerə enməsinin qeyri-mümkün 
olduğunu dedikdə, heç də Allahın buna qadir olmadığını təsəvvür 
etməməliyik. Sadəcə olaraq bu hadisələrin baş verməsi üçün lazımi 
şərait yaranmalıdır. İnsanların təkamülü hər şeydən önəmli olduğu 
üçün ilahi hikmət prinsipləri tələb edir ki, bu prosesin həyata 
keçməsi üçün müəyyən zaman və şərait yaranmış olsun. Hər şey 
başa çatdıqdan sonra isə Allahın əmri ilə yer və digər səma cisimləri 
öz hərəkət dairəsindən xaric olub şiddətli toqquşma və 
dəyişikliklərə səbəb olacaqdır. Bu ilahi əmr daim qüvvədə olub və 
olacaqdır. Hər şeyə qadir olan Allahın isə öz vədəsinə xilaf çıxması 
qeyri-mümkündür. 
2. Allahın gətirilməsi; 
Müşriklər deyirdilər: Sənə yalnız o zaman iman gətirəcəyik ki, 
Allahı bizim yanımıza gətirəsən və biz onu öz gözlərimizlə görək. 
Bu isə qeyri-mümkündür. Çünki əgər Allah gözlə görünsəydi, 
müəyyən rəngə, ölçüyə və cismə xas olan digər xüsusiyyətlərə 
malik olmalı idi. O, cism olmadığı üçün gözlə görünməsi qeyri-
mümkündür. Demək, cismə xas olan xüsusiyyətləri də Ona aid 
etmək qeyri-mümkün olmalıdır. 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin