MüƏLLİFDƏN


MÖCÜZƏNİ İNKAR EDƏN ÜÇÜNCÜ AYƏNİN



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə78/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   74   75   76   77   78   79   80   81   ...   182
EL-BEYAN 1 Cİ CİLD

MÖCÜZƏNİ İNKAR EDƏN ÜÇÜNCÜ AYƏNİN 
ARAŞDIRILMASI 
«Müşriklər: «Barı peyğəmbər [bizə dediklərinin doğru olduğunu 
bilməyimiz üçün] Rəbbi tərəfindən bir möcüzə nazil edəydi!» – deyirlər. 
Onlara belə cavab ver: «Qeyb [aləmi] ancaq Allaha məxsusdur. Elə isə 
[Allahın əzabını] gözləyin.» Doğrusu mən də sizinlə birlikdə gözləyirəm!» 
(Yunus-20). 
Onlar deyirlər: Ayənin məzmunundan belə məlum olur ki, 
müşriklər Peyğəmbərdən (s) möcüzə gətirməsini istədikdə o, 
möcüzənin onun ixtiyarında deyil, Allahın istək və iradəsindən asılı 
olduğunu bildirmişdir. Buradan belə bir nəticəyə gəlirik ki, 
Peyğəmbərin (s) Qurandan başqa heç bir möcüzəsi olmamışdır. Bu 
məzmunda ayələrə Quranın digər surələrində də rast gəlirik. 
Məsələn Rəd surəsinin 1-ci və Ənam surəsinin 37-ci ayəsində 
deyilir. 
«Kafir olanlar: «Məgər ona Rəbbindən bir möcüzə endirilməli 
deyildimi?» – deyirlər. Sən ancaq [insanları Allahın əzabı ilə] 
qorxudansan, hər tayfanın [doğru yol göstərən] bir rəhbəri [peyğəmbəri] 
vardır.» (Rəd-7). 
«[Məkkə müşrikləri] dedilər: “Məgər ona [Peyğəmbərə Rəbbindən bir 
möcüzə endirilməli deyildimi?” De ki: Allah möcüzə endirməyə qadirdir. 
Lakin onların əksəriyyəti [belə bir möcüzə göndərildikdə, onu inkar 


117 
edəcəkləri təqdirdə başlarına gələcək müsibət və fəlakəti] bilməz!» ( Ənam-
37). 
Müşriklərin istidlal etdikləri bu mətləbə də biz iki cür cavab verə 
bilərik. 
Birinci cavab: 
Əvvəlki ayələrdə olduğu kimi bu ayədə də inkar 
olunan möcüzələr Peyğəmbərin (s) bütün möcüzələri deyil, 
müşriklərin inadkarlıqla Peyğəmbərdən (s) tələb etdikləri 
möcüzələrdir. Bir qədər əvvəl qeyd etdik ki, müşriklər tələb 
etdikləri möcüzələri peyğəmbərlərə iman gətirmək və ya onların 
həqqaniyyətini dərk etmək məqsədilə deyil, məhz öz istəklərinə nail 
olmaq üçün idi. 
Belə ki, müşriklərin irəli sürdükləri tələblərin özünəməxsus 
xüsusiyyətləri var idi və onlar heç bir məntiqə əsaslanmırdı. 
Qurani-kərimdə dəfələrlə bu mətləbə toxunulmuşdur və biz bir 
daha bu məzmunda nazil olmuş ayələrdən bir neçəsinə işarə edirik. 
«Onlar dedilər: Məgər ona [həzrət Məhəmmədə peyğəmbərliyinin həqiqi 
olmasını təsdiq edən] bir mələk endirilməli deyildimi?» (Ənam-8).

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin