MüƏLLİFDƏN


«[Müşriklər Peyğəmbərə] belə dedilər: “Ey özünə kitab nazil



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə79/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   75   76   77   78   79   80   81   82   ...   182
EL-BEYAN 1 Cİ CİLD

 
«[Müşriklər Peyğəmbərə] belə dedilər: “Ey özünə kitab nazil 
edilən kəs! Axı sən divanəsən. Əgər sən doğru danışanlardansansa 
[peyğəmbər oldğun barədəki iddian düzgündürsə] mələkləri bizə 
gətirsənə!”» (Hicr 6-7). 
«Müşriklər dedilər: “Bu necə peyğəmbərdir ki, yemək yeyir, 
bazarları gəzib-dolaşır? Məgər ona özü ilə birlikdə [insanları 
Allahın əzabı ilə qorxudan və onun həqiqi peyğəmbər olduğunu 
təsdiq edən bir mələk göndərilməli deyildimi? 
Yaxud ona [ruzi qazanmaqdan ötrü bazarları dolaşmasın deyə, göydən] 
bir xəzinə endirilməli və ya onun [meyvəsindən] yeyib dolanmaq üçün bir 
bağı olmalı deyildimi?” Zalimlər [müşriklər möminlərə] dedilər: “Siz 
ancaq ovsunlaşmış [buna görə də ağlını itirmiş] bir adama tabe 
olursunuz!”» (Furqan 7-8). 
Yuxarıda qeyd olunan ayələrdən bir daha belə bir nəticəyə 
gəlirik ki, müşriklərin Peyğəmbərdən (s) tələb etdikləri möcüzələr 
onların şəxsi istək və inadkarlıqlarından irəli gəlmiş və heç bir əqli 
dəlillərə əsaslanmamışdır. O ki qaldı Peyğəmbərə (s), o da 
müşriklərin ardı-arası kəsilməyən tələblərinin qarşısında təslim 


118 
olmamalı və onlara müsbət cavab verməməli idi. Çünki, qeyd 
etdiyimiz kimi müşriklər bu tələbləri peyğəmbərə iman gətirmək 
məqsədilə deyil, əyləncə və inadkarlıq üzündən tələb edirdilər. Bu 
səbəbdən də əgər onlar, möcüzələrdən hər birini Peyğəmbərin (s) 
həqqaniyyətinə dəlalət edəcək amil kimi qəbul etsəydilər, onlara 
mənfi cavab verməzdi. Belə olduqda, heç olmasa Quranı bir möcüzə 
olaraq onların qarşısına qoyar və mübarizə meydanına dəvət 
edərdi. 
Yuxarıda qeyd olunan ayələrdən iki mühüm nəticəyə gəlirik. 
1. Peyğəmbər (s) ixtiyarında olan möcüzələrdən yalnız biri ilə, 
yəni Quranla müşriklərin mübarizə meydanına varid oldu. Başqa 
cür ola da bilməzdi. Çünki, əbədi peyğəmbərlik əbədi möcüzəyə 
əsaslanmalıdı və belə bir əbədi möcüzəvi xüsusiyyətə yalnız Quran 
malikdir. Digər möcüzələr isə müvəqqəti və məhduddur. Yəni 
bütün insanlara deyil, bəzi zaman və ərazilərdə yaşamış millətlərə 
şamildir. 
2. Möcüzə göstərmək peyğəmbərin ixtiyarında deyildir. O, Allah 
tərəfindən peyğəmbərliyə təyin olunur və Onun izn və əmri 
olmadan nə kimsəyə əmr edir, nə də özü bir iş görür. 
Bu xüsusiyyət təkcə həzrət Məhəmmədə deyil, həmçinin bütün 
peyğəmbərlərə şamildir. Belə ki, Allahın izni olmadan onlar nə 
peyğəmbərlik iddiası etmiş, nə də möcüzə göstərmişlər. Qurani-
kərimdə bu haqda deyilir: 
«Allahın izni olmadıqda heç bir peyğəmbər heç bir möcüzə gətirə 
bilməz.» (Rəd-38). 
«Heç bir peyğəmbər Allahın izni olmadan möcüzə gətirə bilməz. Allahın 
[kafirlərə əzab verməsi barədə] əmri gəldikdə [peyğəmbərlər və onları təkzib 
edənlər arasında] ədalətlə hökm olunar. Yalan danışanlar, batil söyləyənlər 
elə oradaca ziyana uğrayacaqlar.» (Mumin-78). 
Bunu da qeyd etmək lazımdır ki, Quranda [bəzi] möcüzələri 
inkar edən ayələrlə yanaşı, Peyğəmbərin (s) Qurandan başqa digər 
möcüzələrinə də dəlalət edən ayələrə rast gəlmək olur. 
Məsələn: 
«Qiyamət yaxınlaşdı, ay [Peyğəmbərin möcüzəsi ilə] parçalandı. 


119 
Əgər müşriklər [Məhəmmədin (s) peyğəmbərliyinin həqiqiliyini təsdiq 
edən] bir möcüzə görsələr [imandan] üz döndərib: Bu uzun müddət davam 
edən bir sehrdir! – deyərlər.» (Qəmər 1-2). 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin