MƏTLƏBLƏRİN XÜLASƏSİ
1. Quran ayələri nəinki möcüzəni inkar etmir, hətta onları sübuta
belə yetirir;
2. Möcüzə, peyğəmbərin ixtiyarından xaric bir işdir. Belə ki, o
yalnız Allahın istək və iradəsilə möcüzə göstərə bilər;
3. Peyğəmbərlik iddiası edən şəxs iddiasını sübuta yetirmək üçün
möcüzə göstərməlidir. Lakin, Allah-taala bundan artıq nə ona
möcüzə izni verməli, nə də özü möcüzə göstərməlidir. İnsanların
bütün istəklərinə, o cümlədən onların hər dəfə möcüzə istəyinə
müsbət cavab vermək düzgün təvəqqö deyildir.
121
4. Möcüzə inkar və təkzib olunduğu zaman insanların əzab və
fəlakəti ilə nəticələnir. Lakin müşriklər bu qəbildən olan möcüzələri
istədilərsə də, müsəlman ümməti belə bir fəlakətə düçar olmadı;
5. Əbədi olan yeganə möcüzə, Allah tərəfindən peyğəmbərlərin
sonuncusu olan həzrət Məhəmmədə (s) nazil olmuş Qurani-
kərimdir. Məhəmməd (s), qiyamət gününədək qalacaq bu ilahi
möcüzə ilə müşrikləri mübarizə meydanına, ona iman gətirmiş
şəxsləri isə haqq-ədalətə dəvət edirdi;
6. Məhəmmədin (s) möcüzələri mütəvatir olaraq sübuta yetməklə
yanaşı, Tövrat və İncildə də o həzrətin zühur edəcəyi haqda
əvvəlcədən xəbər verilmişdir;
7. Məhmmədin (s) möcüzələri çox olsa da, Qurandan başqa
onların hamısı yaşadığı zaman və məkana aid olmuşdur. Bu
möcüzələrin heç biri keçmiş peyğəmbərlərin möcüzələri kimi əbədi
olmamışdır.
122
BEŞİNCİ FƏSİL
YEDDİ QURAN QARİSİ
1. Abdullah ibni Amir Dəməşqi;
2. İbni Kəsir Məkki;
3. Asim ibni Bəhdiləi Kufi;
4. Əbu Əmr Bəsri;
5. Həmzə Kufi;
6. Nafe Mədəni;
Dostları ilə paylaş: |