MüƏLLİFDƏN


Müəllif:  Qiraət ustalarının kimliyi haqda daha dəqiq məlumat əldə etmək  üçün «Təbəqatül qurra»ya müraciət edin.  2. Qənbəl



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə85/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   81   82   83   84   85   86   87   88   ...   182
EL-BEYAN 1 Cİ CİLD

Müəllif: 
Qiraət ustalarının kimliyi haqda daha dəqiq məlumat əldə etmək 
üçün «Təbəqatül qurra»ya müraciət edin. 
2. Qənbəl 
– Məhəmməd ibni Əbdürrəhman, Xalid ibni 
Məhəmməd, Əbu Əmr künyəsi ilə tanınmışdır. Məxzum tayfası 
tərəfindən köləlikdən azad edilmiş və ömrünün sonunadək 
Məkkədə yaşamışdır. 
Qiraəti Əhməd ibni Məhəmməd ibni Ovn Nəbaldan öyrənmiş və 
onun hüzurunda tilavət etmişdir. Sonralar Əhməd ibni Məhəmməd 
onu öz yerinə Məkkədə qiraət ustadı təyin etmişdir. Qənbəl, 
Bəzidən də qiraət nəql etmişdir və hicazda Quranın tədris 
olunmasını ona həvalə etmişdir. O, Məkkədə xəlifə ordusunun 
hərbiçilərindən sayılırdı. Hicrətin 195-ci ilində doğulmuş, 291-ci 
ilində vəfat etmişdir. 
(Təbəqətul qurra. 2-ci cild, 119-cu səh).
Qənbəl, sonralar nizami orduya sərkərdə təyin olunur. Elə bu 
səbəbdən də qiraət üsulunda dəyişikliyə yol verir və yaşlandıqca 
qiraətində yaranmış fərq daha çox nəzərə çarpmağa başlayır. Belə 
ki, vəfatından yeddi il əvvəl Quran tədrisini və müəllimliyi tərk 
etməli olur. 
(Lisanul Mizan. 5-ci cild, 249-cu səh).
Müəllif: 
Digər ravilər arasında olan ixtilaf, Qənbəlin qiraətini 
nəql edən ravilərdə də nəzərə çarpır. 
ASİM İBNİ BƏHDİLƏ KUFİ 
Əbu Bəkr ibni Əbinnucud Əsədi Kufə şəhərində yaşamış və Bəni-
əsəd qəbiləsi tərəfindən köləlikdən azad olunmuşdur. 
Qiraəti Zərr ibni Hubəyş və Əbu Əbdürrəhman Sələmidən və 
Əbu Əmr Şeybanidən öyrənmiş və onların qarşısında tilavət 
etmişdir. 
Əbu Bəkr ibni Əyyaş deyir: «Günlərin bir günündə Asim mənə 
dedi: Quran qiraətini mənə tədris edən kəs yalnız Əbdürrəhman 
Sələmi olmuşdur. Onun yanından qayıtdıqdan sonra eşitdiklərimi 
Zərrə dedim və o da Asimin dediklərini təsdiq etdi.» 
Həfs deyir: «Asim nəql edir ki, Quran qiraətindən sənə tədris 
etdiyim bütün incəlikləri Əbdürrəhman Sələmidən o isə Əli ibni Əbi 
Talib Fəradan öyrənmişdir. Və Əba Bəkr Əyyaşa tədris etdiyim 


129 
şeyləri Zərr ibni Hubeyşdən, o isə qiraəti İbni Məsuddan 
öyrənmişdir.» 
İbni Məsud deyir: «Asim mötəbər kəslərdən idi. Əməşin hafizəsi 
ondan daha güclü idi.» 
Abdulla ibni Əhməd atasından nəql edərək deyir: «Asimin 
özünəməxsus qiraət üslubu var idi. Etibarlı olduğu üçün Xəlifə 
Osman tərəfindən Quran qarilərinin rəhbəri təyin olunmuşdu.» 
Yəqub ibni Süfyan deyir: «Mötəbər bir şəxsiyyət olmasına 
baxmayaraq, nəql etdiyi hədislərdə bəzi nöqsanlar da nəzərə 
çarpır.» 
İbni Əliyyə, Asimə irad tutaraq deyir: «Asim haqda hədis və 
rəvayət nəql edən şəxslər hamılıqla zəif hafizəyə malik olmuşlar.» 
Nəsai deyir: «Asimdə heç bir nöqsan nəzərə çarpmırdı, lakin İbni 
Xərraş onun nəql etdiyi hədisləri qətiyyətlə rədd edirdi. 
Əqilinin fikrincə Asimin yeganə mənfi xüsusiyyəti varsa, o da 
onun hafizəsinin zəif olmasıdır. 
Dar Qutbi də Asimə bu iradı tutmuşdur. Həmmad ibni Sələmə 
deyir: «Asim ömrünün son illərində hədis və rəvayətləri mötəbərlik 
baxımından ayırd etməyə çətinlik çəkirdi. Asimin doğulduğu il 
məlum deyildir. Vəfat tarixi isə Hicrətin 127-ci və ya 128-ci ilində 
baş vermişdir. 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin