MüƏLLİFDƏN



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə1/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
  1   2   3   4   5   6   7   8   9   ...   182
EL-BEYAN 1 Cİ CİLD




ƏL-BƏYAN
 
BİRİNCİ CİLD 
Ayətullah Seyid Əbulqasim Xoi



MÜƏLLİFDƏN 
Hələ kiçik yaşlarımdan Quran oxumağa və onun sirləri ilə tanış 
olmağa yüksək maraq göstərirdim. Hər bir həqiqi müsəlman, hətta 
hər bir həqiqətsevər insan Quranı oxuyub dərk etməyə və onun 
dərin sirlərindən agah olmağa səy etməlidir. Çünki, Quran 
bəşəriyyəti haqqa hidayət edən və onların xoşbəxt həyatını təmin 
edən asimani kitabların ən sonuncusu və kamilidir. Quran hər şeyi 
açıq-aşkar bəyan edən, hamı üçün xeyirli olan ilahi nur mənbəyidir. 
Quran lüğət alimləri üçün ən böyük söz mənbəyi, qrammatika 
alimləri üçün aşkar izahlar toplusu, fiqh alimləri üçün ən canlı 
şahid, filosofların axtardığı maarif, xətiblər üçün fəsahətli bəyan 
tərzləri, əxlaq alimləri üçün isə ən gözəl etik mənbə və dərslikdir. 
Bir sözlə Quran, alimlərin bütün sahələrdə apardıqları 
təhqiqatların tükənməz elm və bilik xəzinəsidir. 
İctimai və siyasi elmlər, həyat və məişət qanunları, bəşəriyyətin 
ictimai idarəetmə üsulları və s. Quranda hamının başa düşə biləcəyi 
bir tərzdə bəyan edilmişdir. Bir çox dini elmlər məhz bu asimani 
kitabdan bəhrələnmiş və zaman keçdikdcə vahid məktəb kimi 
formalaşmağa başlamışdır. Quran, dünyaya hakim olan bir çox 
qanunları kəşf etmiş və insanlar üçün sirr olaraq qalan bir çox 
məsələlərin üzərindən zülmət pərdəsini qaldırmışdır. 
Bu müqəddəs kitab, mövcud olan həqiqi din üçün əbədi möcüzə 
və mükəmməl qanunlar məcmusudur. Bütün bunlar, mənim uşaq 
ikən Qurana həvəs göstərməyimdə və onun sirləri ilə tanış 
olmağımda çox təsirli olmuşdur. Mən, müntəzəm olaraq Quranın 
açılmayan sirlərinə yol tapmağa səy edir və buna nail olduqda 
özümdə Qurana qarşı oyanan yüksək rəğbətin daha da artdığını 
hiss edirdim. 
Beləliklə də, müxtəlif təfsir kitablarını araşdırır və orada, 
haqqında söhbət açılan mövzulara diqqət yetirirdim. Mütaliə 
zamanı Quranın nə qədər fəsahətli və hikmətli olmasının, Allah-
taalanın mütləq və tükənməz elminin və insanların onu dərk 
etməkdə necə də aciz qaldıqlarının şahidi olurdum. Belə bir qənaətə 



gəlirdim ki, insan özünü Allah-taalanın elm və qüdrəti qarşısında 
nə qədər kiçik və aciz hesab etsədə də, o, təsəvvür etdiyindən daha 
aciz və daha gücsüzdür. Quran təfsirini mütaliə etdikcə onun 
əzəməti mənim nəzərimdə daha da ucalır, insanın bilik və məharəti 
isə bir o qədər kiçilir və dəyərsizləşirdi. 
Yazılmış təfsir kitablarını mütaliə edərkən belə bir qənaətə 
gəldim ki, təfsir alimlərinin Quran ayələrindən əldə etdikləri cüzi 
məlumatlar yalnız onun açılmayan sirlərinin bir hissəsini təşkil edir. 
Onlar əldə etdikləri məlumatları bir yerə toplayaraq kitab halına 
salmış və müxtəlif ünvanlar altında ona təfsir adını vermişlər. İlk 
baxışda bu təfsirlər Quranın açılmayan sirlərinin hamısını aşkara 
çıxarmalı və toxunulmayan mövzuları təfsir halında izah etməli 
idilər. Amma bu qeyri-mümkündür. Çünki, insan kimi əql və şüur 
baxımından naqis olan bir varlıq, elmi hər şeyi əhatə edən kamil bir 
varlığı tamamilə dərk etməsi və onun ayələrini ətraflı şəkildə 
yozması qeyri-mümkündür. 
Amma necə olursa-olsun biz, bu yolda böyük zəhmətlər çəkən və 
ömürlərinin sonunadək Quran ayələri ətrafında araşdırmalar 
aparan təfsir alimlərinin gördükləri işləri qiymətləndirməli və 
onları lazımınca dəyərləndirməliyik. 
Çünki onlar, bu müvəfffəqiyyətə, qəlblərinə saçan Quran nuru ilə 
nail olmuş və bu yolda əllərindən gələni əsirgəməmişlər. 
Ümumiyyətlə, adi insanlardan Quranın mükəmməl və nöqsansız 
təfsir yazmasını gözləmək düzgün təvəqqö deyildir. 
Lakin, onlardan bəzilərinin böyük və bəlkə də bağışlanmaz bir 
nöqsanı vardır. O da bəzi alimlərin Quranın əzəmət və 
böyüklüyündən xəbərsiz olduqları halda, ayələrini öz ixtisaslarına 
uyğun olaraq tərcümə etmələridir. Məsələn, dilçi alimlər Quranı 
yalnız lüğət və qrammatik qanunlar əsasında, filosoflar fəlsəfi 
qanun və terminlərə uyğun şəkildə və bəziləri də yeni elmi 
üsullarla təfsir etməyə çalışmışlar. Onlar belə güman etmişlər ki, 
Quran məhz bu nöqteyi-nəzərdən nazil olmuşdur. Bütün bunlarla 
yanaşı, təfsir kitablarında bəzən başqa bir üslubla da qarşılaşırıq. O 
da bəzi alimlərin Quranı öz şəxsi rəyləri və heç bir etibarı olmayan 
şəxslərin söylədikləri rəvayətlərə əsaslanaraq təfsir yazmalarıdır. 



Qeyd etmək lazımdır ki, mövcud təfsirlərin əksəriyyətində 
müəyyən nöqsan və çatışmamazlıqlar vardır. Buna görə də hər bir 
alim təfsirə başlamazdan qabaq öz şəxsi rəy və nəzərlərini kənara 
qoymalı, Quranın həqiqi mənasına yol tapıb, ixtisar və yersiz 
əlavələrə yol vermədən təfsir etməlidir. Başqa sözlə desək, Quran 
müfəssirin şəxsi rəyi ilə deyil, Quranın öz zahiri ayələri ilə təfsir 
olunmalıdır. 
Sözün əsl mənasında həqiqi müfəssir o kəsdir ki, fəlsəfə 
bəhslərindən agah, əxlaqi dəyərlərə yiyələnmiş və fiqhin 
dərinliklərinə yol tapmış olsun. O, yaşadığı cəmiyyəti yaxşıca 
tanımalı və orada baş verən prosesləri bir sosioloq kimi 
araşdırmağa qadir olduqdan sonra Quranı təfsir etməlidir. Quranda 
işarə olunan digər elmlərə gəldikdə də, bu üsuldan istifadə etməli 
və Quranı həmin elmin tələbatını ödəyəcəyi qaydada təfsir 
etməlidir. Bəli, hər bir müfəssir ilk növbədə Quranın bütün elm və 
fəsillərindən agah olmalı, bu barədə lazım olan məlumatları əldə 
etdikdən sonra Quranı təfsir etməyə başlamalıdır. Belə olduqda o
neçə cilddən ibarət olan Quran təfsirinin elmi, əxlaqi, sosioloji, fiqhi 
və s. ensiklopediyasını təlif edə bilər. 
Bütün bunları nəzərə alaraq belə qərara gəldim ki, Quranın 
bütün gözəlliklərini bəyan edə biləcək bir təfsir yazım. Bu 
müqəddəs işdə Allah-taaladan mərhəmət və kömək etməsini, bütün 
səhv və batil təfəkkürdən qorumasını diləyirəm. 
* * 
Bu təfsirdə qrammatik qanunlara və ədəbi mövzulara işarə 
etməyəcək, əvəzində isə Quranın müxtəlif mənalarına toxunan 
mövzular haqqında söhbət açacağıq. Çünki, Şeyx Tusi «Tibyan»da, 
Təbərsi «Məcməul-bəyan»da, Zəməxşəri «Kəşşaf»da qrammatik və 
ədəbi mövzular ətrafında geniş məlumatlar vermiş və nəzərə 
çarpan bütün çətinlikləri qismən də olsa, aradan qaldırmışlar və biz 
yalnız onların toxunmadıqları mövzulara işarə edəcək və müxtəsər 
şəkildə təfsir edəcəyik. Burada, siz əziz oxucuların diqqətini bir 
neçə məsələyə cəlb etmək istəyirəm: 
a) İstinad etdiyimiz mövzular bunlardan ibarətdir: 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin