159
etibarlı olmasına dəlalət edən amillər bu qiraətin də mötəbərliyinə
dəlalət edəcəkdir.
Cavab:
Qiraətlərin rəvayət olunduğu sübuta yetmədiyi bir halda
təbii ki, vahid xəbərin də dəlil olması onları sübuta
yetirməyəcəkdir. Belə ki, bir qədər əvvəl qiraətlərin qarilərin şəxsi
rəy və ictihadları nəticəsində meydana gəlməsinin ehtimal
verildiyinə işarə etdik. Bəzi alimlərin bu
mətləbə əhəmiyyət verməsi
bu ehtimalı bir daha təsdiq edir.
Əgər qarilər arasında yaranmış ixtilafların əsas səbəbini ilk
vaxtlar hərflərin nöqtəsiz, durğu işarələrinin olmamasında
görmüşdüksə, onların ictihad etməsi haqda irəli sürülmüş
nəzəriyyə bir daha özünü sübuta yetirir. İbni Əbi Haşim bu barədə
deyir: Qarilərin qiraətlərində yaranmış ixtilafların əsas səbəbi,
səhabələrin fəth olunmuş məntəqələrə göndərilərək,
orada yerli
əhaliyə Quran ayələrini nöqtə və işarələrsiz öyrətmələri olmuşdur.
Yazıb-oxumaq savadı olmayan şəxslər Quranı başqalarından şifahi
şəkildə dinləməklə əzbərləməyə çalışırdılar. Əzbərlədikləri hər bir
ayə Quran nüsxələri ilə uyğun gəldikdə ona əməl edir, ziddiyyətli
nəzərə çarpdıqda isə onu tərk etməli olurdular. Beləliklə də
müxtəlif şəhər və məntəqələrdə bir-birindən
fərqlənən qiraət
üsulları meydana gəldi.
Zərqani deyir: Müsəlmanlar İslamın zühur etdiyi ilk illərdə
Quranın orjinallığını qoruyub saxlamaq və müxtəlif qiraətlərin
qarşısını almaq məqsədilə, hərflərin üzərinə nöqtə və hərəkələr
qoymadan oxumağa cəhd edirdilər. Lakin gözlənildiyinin tam əksi
baş verdi. Qiraətlərdəki fərq daha çox hiss olunmağa başladı.
Müxtəlif qiraət və tələffüzlərin çoxaldığını hiss edən müsəlmanlar
hərflərə nöqtələr əlavə etməyə məcbur oldular.
(Mənahilul irfan. 402-ci
səh).
2.Ravinin vahid xəbər formasının
doğruluğuna dair mötəbər
hesab etdiyi dəlilləri nə qiraətlərin ravilərinə, nə də qiraət
üslublarının rəvayət olunmasına şamil etmək olar. Çünki, onların
şərh-halı artıq etimad olunası şəxslərin olmadıqlarını sübuta
yetirmişdir.
160
3. Bütün qiraətlərin şəxsi rəy və ictihadlara deyil, yalnız
rəvayətlərə istinad olunduğunu, bütün qarilərin etimad olunası şəxs
olduqlarını fərz etsək də, onların tamamilə mötəbər olduqlarını
qəbul edə bilmərik. Çünki, əldə etdiyimiz
icmali elmin vasitəsilə
belə məlum olur ki, qiraətlərin bir qismi əsla Peyğəmbər (s)
tərəfindən bəyan olunmamışdır. Belə bir halda təbii ki, icmali elm
qiraətlər arasında ixtilafın yaranmasına səbəb olmalı idi. Belə ki,
qiraətlərin biri digərini təkzib edəcək və nəticədə hər biri öz
etibarını itirməli olacaqdı. Qiraətlərdən birini digərindən üstün
tutmaq yalnız
o zaman düzgün ola bilər ki, əlimizdə onun
etibarlığını sübuta yetirəcək kifayət qədər dəlil olsun. Əks təqdirdə
qiraətlərdən birinin digərindən üstün tutulması şəriət qanunlarına
əsasən, tamamilə zidd olacaqdır.
Əgər bütün qiraətlərin mötəbərliyinə istinad etsək, yenə də
həmin nəticəyə gələcəyik. Şəriət məsələlərinin həllində onlardan
istifadə etməyə gəldikdə isə, burada
üstün xüsusiyyətləri bəyan
edən və məna baxımından bir-biri ilə ziddiyyət təşkil edən
rəvayətlərə istinad etməli olacağıq. Çünki, əgər hər iki qiraətin
mütəvatir olduğunu təsdiq etsək, onların hər ikisinin Allah
tərəfindən nazil olmasını qəbul etməli olacağıq. Demək, qiraətlərin
hər ikisi sənəd baxımından eyni, zahiri məna baxımından isə bir-
biri ilə tamamilə müxtəlif olacaqdır. Bu isə qeyri-mümkündür.
İcmali olaraq qiraətlərdən birinin mötəbər olmadığını bilsək,
onda gərək hər ikisini inkar edib digər üsul və qanunlara müraciət
edək. Çünki, zahiri mənanı nəzərə
alaraq onlardan birini
digərindən üstün və həmçinin üstün tutduğumuz qiraəti mötəbər
hesab edə bilmərik. Belə ki, iki şeydən birini digərindən yalnız o
zaman üstün tutmaq olar ki, onlardan hansınınsa mötəbər olub-
olmamasında yəqinlik hasil etmiş olaq. Qiraətlərdən hər hansı biri
ziddiyyətli olsa artıq, onlardan heç birini mötəbər saya bilmərik.
Çünki, belə olduqda onlar sənəd baxımından bir-birindən
fərqlənməyəcək.