165
xahişimi üçüncü dəfə də təkrar etdim. Bu dəfə mənə Quranın yeddi
səbkidə oxunması əmr olundu. Sonra mənə dedilər: İstəklərin təxirə
düşdüyü üçün onların hər birinin müqabilində bir şey istəyə
bilərsən. Belə olduqda mən ikinci istək olaraq,
Allah-taaladan
ümmətin bağışlanmasını istədim! Üçüncü istəyimi isə hamının
mənə ehtiyacı olacağı günə saxlamışam.»
Bu rəvayəti bir qədər qısa şəkildə Müslim də öz kitabında nəql
etmişdir. Təbəri də digər ravilərə istinad edərək bu rəvayəti bir
qədər fərqli şəkildə öz kitabında gətirmişdir.
3. Təbəri, Əbi Kəribdən, o da Süleyman
ibni Sərddən və o da
Ubeyy ibni Kəbdən nəql edərək deyir: «Günlərin bir günündə
məscidə daxil oldum və orada olduğum müddət ərzində namaz
qılanların qiraətini dinləməyə başladım. Lakin,
onlardan birinin
qiraəti məni lap təəccübləndirdi. Ondan bu qiraəti kimdən
öyrəndiyini soruşdum. O, «Peyğəmbərdən (s)»-deyərək cavab
verdi. Sonra onu Peyğəmbərin (s) yanına aparıb qiraətini
dinləməsini xahiş etdim. Peyğəmbər (s)
onu dinlədikdən sonra öz
razılığını bildirdi. Dedim: Ya Rəsuləllah! Sizin mənə öyrətdiyiniz
qiraət bu şəxsin qiraəti ilə bir qədər fərqlidir. Buyurdu:
Dostları ilə paylaş: