MüƏLLİFDƏN



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə119/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   115   116   117   118   119   120   121   122   ...   182
EL-BEYAN 1 Cİ CİLD

SƏKKİZİNCİ NƏZƏR 
SAYLARIN ÇOXLUĞU 
Bu nəzəriyyəyə əsaslananlar yeddi qiraət səbki deyildikdə
müəyyən rəqəm nəzərdə tutmurlar. Yəni, yeddi rəqəmi qiraətdəki 
ixtilafların çoxluğuna dəlalət edir, başqa sözlə desək, yeddi rəqəmi 
burada məcazi mənada işlənmişdir. 
Qazi Əyyaz və onun sadiq davamçıları bu nəzəriyyəyə 
əsaslanmışlar. 
Cavab: 
Bu nəzəriyyəyə iki əsaslı irad tutmaq olar. 


182 
1. Bu mətləbə dəlalət edən rəvayətlərin heç birində yeddi rəqəmi 
say çoxluğu mənasında işlənməmişdir. 
2. Yeddi səbki dedikdə nəyi nəzərdə tutduqlarını və onun hansı 
məna daşıdığını açıqlamamışlar. Demək biz, yeddi səbki ifadəsini 
bir qədər əvvəl qeyd olunan nəzəriyyələrdə olduğu kimi 
mənalandırırıq. Belə olduqda isə əvvəlki nəzəriyyələrə tutulan 
iradlar bu nəzəriyyəyə də şamil olacaqdır. 
DOQQUZUNCU NƏZƏR 
YEDDİ QİRAƏT ÜSULU 
Bu barədə irəli sürülən nəzəriyyələrdən biri də, yeddi səbkinin 
yeddi qiraət üsulu kimi mənalandırmaları olmuşdur. 
Cavab:
Əgər yeddi qiraət dedikdə, yeddi mötəbər qiraət üsulunu 
nəzərdə tuturlarsa, «Qiraətlərə baxış» fəslində bu nəzəriyyənin 
tamamilə batil və əsassız olduğu haqda ətraflı söhbət açdıq. Yox, 
əgər bütün qiraətləri nəzərdə tuturlarsa, onda qiraətlərin yeddidən 
daha çox olduğunu da nəzərdən qaçırmamalıdırlar. 
Belə bir nəzər də irəli sürülə bilər ki, Qurandakı qiraətlərin sayı 
çox olsa da, kəlmələri ayrı-ayrılıqda qiraət etsək, onları yeddi 
oxunuş qaydasından artıq tələffüz edə bilməyəcəyik. Demək, 
kəlmələrin qiraətində mövcud olan ixtilafın sayı da yeddidən artıq 
olmayacaqdır. Cavabında deyə bilərik ki, əgər Quranın əksər 
kəlmələrini nəzərdə tuturlarsa, bu tamamilə yanlış bir fikirdir. 
Çünki, Quranda yeddi səbkidə oxunan kəlmələrin sayı çox azdır. 
Yox, əgər yalnız bəzi kəlmələri nəzərdə tuturlarsa, bu halda başqa 
irad meydana gəlir. Belə ki, müxtəlif qiraət formalarında tələffüz 
olunan kəlmələr yeddidən daha artıq səbkilərdə tələffüz olunur. 
Məsələn, «və əbədəttağuti» kəlməsi 22, «uffi» kəlməsi isə 34 qiraət 
səkbilə tələffüz olunur. 
Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, bu nəzəriyyə də 
digər nəzəriyyələr kimi, həmin məzmunda nəql olunmuş 
rəvayətlərin məzmunu ilə əsla müvafiq deyildir. 


183 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin